Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur

Alimlərdən qorxulu XƏBƏRDARLIQ:  Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur

ABŞ və Böyük Britaniya alimləri Çində yayılan koronavirusla bağlı bədbin proqnozlar verir.

Alimlər fevralın 4-nə qədər virusa yoluxanların sayının 190 minə çatacağını proqnozlaşdırır. Eyni zamanda, onlar əslində virusa yoluxanların yalnız 5%-nin rəsmi statistikaya alındığını iddia edirlər.

Belə ki, tədqiqatların yekunlaşdığı 21 yanvar üçün yoluxanların sayı 11 min nəfəri keçsə də, Çin rəhbərliyi cəmi 440 yoluxandan danışırdı.

Əgər Uxan şəhərində xəstəlik eyni templə yayılmağa davam etsə, fevralın 4-də xəstələnənlərin sayı 190 mini keçəcək. Tədqiqatlar Uxan şəhərinin karantinə alınmasından sonra xəstəliyin yayılma faizinin 25%-ə qədər azalacağını proqnozlaşdırsa da, bu koronavirusun Çin daxilində və xarici ölkələrdə yayılmasının qarşısını ala bilməyəcək.(Modern.az)

Mənbə: moderator.az