Hansı mallar dəyişdirilmir və ya qaytarılmır? - SİYAHI

Hansı mallar dəyişdirilmir və ya qaytarılmır? - SİYAHI

Bildiyimiz kimi, mağazadan alınan malların 14 gün ərzində geri qaytarılması mümkündür. Ancaq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi malların dəyişdirilməsi və qaytarılmasının mümkün olmadığı barədə qərar qəbul edib.

E-huquq.az qərara əsasən, dəyişdirilməsi və qaytarılması qadağan olan malların siyahısını təqdim edir:

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Mənbə: e-huquq.az