Qaradağ rayonunda seçki qərargahı uğurlu fəaliyyət göstərir

Qaradağ rayonunda seçki qərargahı uğurlu fəaliyyət göstərir

Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahının Qaradağ rayon şöbəsinin növbəti iclası keçirildi. Partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək qərargahın fəaliyyəti barədə ətraflı hesabat verdi. Qeyd etdi ki, qərargah 2 dairə üzrə - 11 saylı Qaradağ və 12 saylı Qaradağ - Binədəqi-Yasamal seçki dairələri üzrə fəaliyyət göstərir. YAP tərəfindən hər iki dairə üzrə namizədlikləri irəli sürülmüş nümayəndələrin təbliğat-təşviqat kampaniyası çərçivəsində bütün qəsəbələrdə, məhəllə və evlərdə seçicilərlə görüşlər keçirilib və proses davam edir. Partiyanın seçki patforması ilə bağlı hazırlanan bülletenlər seçicilərə çatdırılır. Qərargahda gənclərdən ibarət formalaşan könüllü dəstələr seçicilərlə telefon əlaqəsi yaradaraq seçkilərin yekdil formada keçirilməsinə çalışırlar. Nəzarətçilər və müşahidəçilərlə bağlı mütəmadi görüşlər keçirilir və seçki proseduru haqda onlara məlumatlar verilir.

YAP tərəfindən namizədliyi irəli sürülmüş nümayəndələrin seçicilərlə görüşünə toxunan təşkilatın sədri Aydın Hüseynov qeyd etdi ki, təbliğat-təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən başlanılıb. Seçicilərlə qəsəbələrdə, məhəllə və evlərdə keçiriləcək görüşlərin vaxtı və yeri barədə əvvəlcədən məlumat hazırlanıb və buna layiqincə əməl olunur. Bu səbəbdən də partiyanın 2 dairə üçün irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri müntəzəm keçirilir.

Qərargahın fəaliyyəti videoçarx vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıldı və növbəti mərhələ üçün nəzərdə tutulan bütün məsələlərə aydınlıq gətirild

 

Mənbə: sia.az