Əlil arabasında olan "Barbie" bu il SATIŞA ÇIXARILACAQ - VİDEO

Əlil arabasında olan "Barbie" bu il SATIŞA ÇIXARILACAQ - VİDEO

"Barbie" gəlincik şirkəti bu il əlil arabasında yeni bir model təqdim edəcək.

Milli.Az xəbər verir ki, bu yaxınlarda şirkət ən yeni kolleksiyanı təqdim edib. Gəlinciklərin içərisində əlil arabasında bir, ayaqları protez olan 2, müxtəlif çalarlarda Vitiligo xəstəliyi və saçları olmayan modellər də var.

Şirkətin fikrincə, bu uşaqlara həyatı daha real görüb,dərk etməyə kömək edəcək.
Maraqlıdır ki, marketoloqlar bu cür təcrübələri "Ken" oyuncağının üzərində aparmırlar. Onun imicində yalnız uzun saçları ilə dəyişiklik ediblər. (ölkə.az)

Milli.Az

Mənbə: news.milli.az