3 məşhur jurnalistin REAL TV-dən çıxma səbəbləri...

3 məşhur jurnalistin  REAL TV-dən çıxma səbəbləri...

"REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.

AZXEBER.COM-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

"Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Məlumata görə, Afət Telmanqızı və İlqar Mikayıloğlu da kanalla yollarını ayırıb. 

Mənbə: azxeber.com