“X” ilə “H” hərflərinin “davası”

“X” ilə “H” hərflərinin “davası”

Münhen-i Münxen-əçevirmək üçün Nazirlər Kabinetinin qərarı olmalıdır


Mətbuatda,onlayn mediada və televiziyada Azərbaycan dilinin orfoqrafik normalarınınpozulması haqqında söhbətlər illərdir davam etməkdədir. Bu mövzuda diqqət çəkənməqamlardan biri də ölkə və şəhər adlarının yazılışlarının müxtəlif cür –orijinal və ya başqa ölkələrin versiyasına uyğun təqdim olunmasıdır. Məsələn,İstanbulun "İstambul”, Lüksemburqun (Lyuksemburq), Buhenvaldın (Buxenvald) və skimi təqdimatları mübahisəli mövzulara çevrilib. Son günlər isə "Münhen” şəhərinindaha çox rus versiyasında olduğu kimi "Münxen” yazılması da birmənalıqarşılanmır. Əlbəttə, əlimizdə toponimlərlə, coğrafi adlar və yer, ölkəadlarının dilimizdə necə yazılması ilə bağlı tutarlı bir vəsait və ya lüğətolmadığı üçün adların orijinaldan tərcüməsində daha çox başqa ölkələrinvariantlarına üstünlük verilir. Sovet dövrünün ənənələri isə bu sahədə qətiyyənunudulmur. Təəssüf ki, dilçi alimlər özləri də bunu etiraf edirlər. Keçən ilNazirlər Kabineti tərəfindən Azərbaycan dilinin OrfoqrafiyaNormaları açıqlansa da, bu qaydalar daha çox Azərbaycan mənşəli sözlərin, alınma sözlərdəsaitlərin və samitlərin, mürəkkəb sözlərin yazılışı və s. qaydaları əhatə etdi.Bu sırada yer, ölkə adlarının yazılış qaydası məxsusi yer almadığından, bu yöndəbir sıra problemlərin meydana çıxmasına yol açdı.
Dilçi alimlərproblemin həllini işlək orfoqrafiya lüğətinin alınmasında və istifadəsindəgörürlər. Həmçinin bir neçə ay sonra işıq üzü görəcək «Azərbaycan MilliOrfoqrafiya lüğəti»nin növbəti nəşriproblemlərin həllinə yol açacaq. Belə ki, gözlənilən dəyişikliklər alimlərindediyinə görə, həmin nəşrdə yer alacaq.
Alınma sözlərin,ölkə adlarının işlənməsində yaranan qarışıqlıqla bağlı qınaqların daha çoxAMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ünvanına səslənməsi də təbiidir. İnstitutun direktoru, professor MöhsünNağısoylu da bu səhvləri etiraf edir: "Bizim institutda terminologiya şöbəsifəaliyyət göstərir. Həmin şöbədə əcnəbi sözlərin və toponimlərin orijinalda vəAzərbaycan dilində yazılışı ilə bağlı araşdırmalar aparılıb. Sovet dövründə bizrus dilindən tərcümə olunan versiyaya istinad edirdik. İndi isə müstəqilolduğumuz üçün mənbədə necə deyilirsə, biz də sözləri elə saxlayırıq. Amma bugün həqiqətən mediada ölkə və şəhər adlarının müxtəlif versiyalardayazılışlarına rast gəlirik. Mən özüm bu məqama çox diqqət etmişəm. Təəssüf ki,bu cür hallar çoxdur”. İnstitut direktoru hazırlanma prosesində olanorfoqrafiya lüğətinin çapından sonra bu tip səhvlərin aradan qalxacağına ümidedir: "Hesab edirəm ki, bu nəşrin çapından sonra bu problem qismən də olsaasanlaşacaq. Hələliksə bu cür müxtəliflik var. Nazirlər Kabinetinin dilnormaları ilə bağlı tətbiq etdiyi son qaydalarda isə yer adları ilə bağlı düzəlişləryoxdur, yalnız sözlərin yazılışıdır”. M.Nağısoylu rəhbərlik etdiyi institutunbu istiqamətdə işlər gördüyünü deyir: "Biz hazırda bu işlə məşğuluq. Əcnəbiadların və yer adlarının yazılışı ilə bağlı qaydaları hazırlamışıq, ancaq hələtəsdiq olunmayıb. Nə zaman təsdiq olunsa, onu çap edəcəyik”.
Dilçi alim İsmayıl Məmmədov bildirir ki, yer adlarının yazılışında əvvəllərrus versiyalarına istinad edilib: "Əgər bir ölkənin adına uyğun, bizdə hərflərvə səslər varsa, ona uyğun yazmalıyıq”. Professor qeyd edir ki, məsələn, sonvaxtlar "Münhen” şəhərinin "Münxen” kimi yazılmasının səbəbi ruslarda olduğukimi bizim əlifbada da "x” hərfinin olmasıdır: "Bizdə də "x” hərfi olduğundan,hazırda bu sözün yazılışı belə təqdim olunur. Vaxtilə rusların tərcüməsindəolan sözlərdəki bir çox "x” hərflərini "h” ilə əvəzləmişik. Alman dilində isə "München” yazılır. Eyni zamanda"Buchenvald” da səhv yazılır. Biz "Buhenvald” sözünün yazılışında "x”dan imtinaedirik”. Dilçi alimin fikrincə, hazırlanmaqda olan orfoqrafiya lüğətinin nəşrində bütün bu nüanslar nəzərə alınıb: "Əslində2013-cü ildə nəşr olunan orfoqrafiya lüğətində də bu məsələlər qeyd olunub. Sadəcə,auditoriya oxumur. Mən bu qədər insanlara necə elan edə bilərəm ki, filan ölkəninadı belə yazılmalıdır? Amma öyrənmək istəyənlər özləri maraqlı olmalıdırlar.Lüğətlər hər ailədə olmalıdır. İnsanlar bəzək əşyalarına pul verməkdənsə, gedibbu lazımi vəsaiti alsınlar. Həmçinin bütün məktəblər, təhsil müəssisələri bulüğəti əldə etməlidirlər”.
«Altun» kitab evinin direktoru Rafiq İsmayılovun fikrincə, alınmasözlərin Azərbaycan dilinə fonetik adaptasiyası - istər şəxs, istər yer adlarıolsun, iki əsas prinsip üzrə həyata keçirilir: orijinal dildə necə yazılırsa, ostandartı saxlamaq, yoxsa orijinal dildə necə səslənir, elə yazmaq: "Yəni sözünorfoepiyasına, yoxsa orfoqrafiyasına uyğun yazmaq əsas məsələdir. Türklərdə şəxsadları kitablarda çox zaman olduğu kimi saxlanılır. Məsələn, bizdə "Karneqi”yazılırsa, türklər "Karnegie” yazırlar. Digər yanaşma isə bizdə sovet dövründənbəri təsdiq olunan qaydalardır ki, orada orfoepiya əsas götürülür”. Ölkəadlarının yazılmasına gəlincə, R.İsmayılovun sözlərinə görə, hazırda Azərbaycandilinin orfoqrafiya qaydalarında rus versiyasına deyil, orijinal dilə istinadolunur: "Ona görə də, bir çox adlar da dəyişib. Bir çox fransız və alman dilindəngələn sözlərdə «ü» hərfi «yu» kimi verilir. Biz həmin sözün tələffüzünü o şəkildəsaxlaya bilmərik. Bizim fonetik tərkibdə «ü» hərfi olduğu üçün bu istiqamətdə dəyişilir.Konkret "Münxen” sözünün yazılışına gəlincə, əgər bizdə «x» hərfi varsa, biz də"h” hərfini "x” ilə əvəzləyə bilirik. Fikrimcə, orfoqrafik normanı əsas götürənləruduzurlar. Tutaq ki, Avropa dilləri latın əlifbalı dillərdir. Əgər orfoqrafiknormanı gətiririksə, onda "Murakami”ni gərək yapon heroqlifləri ilə yazaq. Buda düzgün gəlmir. Bu məqamda ikinci prinsip keçmir. Əgər dilin fonetik tərkibiimkan verirsə və bizimki ilə üst-üstə düşürsə, nəyə görə onu rus dili vasitəsilədilimizə gətirməliyik? Məsələyə münasibətdə hər kəs bir söz deyə, hər nəşriyyatbaşqa bir şey yaza bilər. Ancaq burda Nazirlər Kabinetinin təsdiq etdiyiorfoqrafik qaydalar var. Bu qaydalar olmasa da, ona yaxın olan, yəni presidentkimi götürülən qaydalar var ki, orijinal dildə səslənən sözlərə uyğun olaraq, həmin qaydaları tətbiq etmək lazımdır. Sözsüzki, internet resursları baxmağa imkan verir. Daha çox səslənişi bilmək və onauyğun yazmaq lazımdır».
R.İsmayılovhesab edir ki, bu cür problemin həllində Dilçilik İnstitutunun üzərinə məsuliyyətdüşür: «Fundamental dissertasiyalardansa, öz dissertant və aspirantlarına beləişləri tapşıraydılar ki, insanlara xeyri olsun. Yəni alınma sözü yazanda bu cürmübahisəli məsələlərin həllinə nöqtə qoyardılar. Heç olmasa, böyük dünya ölkələrininvə şəhərlərinin adlarının düzgün yazılışını yazaydılar”.
AMEA Mərkəzi Elmi Kitabxanasının sərbəst elektronresursları mütəxəssisi Səbinə Abizadənin fikrincə, yer adları tərcümə olunmamalıdır: "Amma tələbəgörə, tərcümələr zamanı rus versiyasını əsas götürürük. Orada necə yazılıbsa,biz də elə yazırıq. Elə vaxt olur ki, rus versiyasında ingilis mənbələrinəistinad edirlər. Onda həmin yer adı beynəlxalq sayılır və biz də həminversiyanı saxlayırıq. Tərcümə olunanda, əgər bizdə məsələn "x” hərfinin əvəzləyicisikimi "h” hərfi varsa, onda biz ondan istifadə edirik. Yəni rus mənbələrində necəyazılıbsa, biz o versiyanı əsas götürməliyik. Biz ingilislərə istinadən ölkəadını yazanda, "rus mənbələrində necədirsə, elə yazılmalıdır” deyilir”.
AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya MetodikMərkəzinin könüllüsü Nuray Vəliyeva hesab edir ki, ölkə adlarının yazılışında dilnormaları ilə bağlı NazirlərKabinetinin qərarı əsa götürülməlidir: "Qərara görə, bütün alınma sözlərdilimizə uyğun olmalıdır. Sovet dövründə bizdə bütün sənədləşmə işləri rusdilində olduğu üçün bu gün də müəyyən nüanslar qalmaqdadır. Türklərdə isə heçbir ad dəyişmir. Əslində alınma sözlər hər bir xalqın öz dilinə uyğun tərcüməolunmalıdır. Ancaq bizdən necə tələb olunursa, biz də o cür təqdim edirik. Məsələn,"Lüksemburq” sözünü ruslar "yu” hərfi ilə verirlərsə, biz "ü” hərfi iləveririk. Məncə bu variant da düzgün deyil. Bizdə "yu” hərfinin qarşılığı "ü”deyil. Burda mübahisəli məsələlər daha çoxdur. Hesab edirəm ki, bu məsələlərləDilçilik İnstitutu məşğul olmalıdır. Dilçi alimlər bunu daha da təkmilləşdirməlivə bir qərara gəlməlidirlər, biz bu sözləri necə transliterasiya(başqa yazı ilə verilməklə alınma) edək. Hazırda isəensiklopediyada və mediada necə yazılırsa, biz də həmin sözü elə yazmağaçalışırıq”.
Xarici ölkə vəya şəhər adlarının yazılışı ilə bağlı ümumi mənzərəyə nəzər saldıqda, beləçıxır ki, alınma sözlərin işlənməsi sahəsində yaranan xaotik vəziyyətin düzəlməsiüçün hələ uzun müddət gözləmək lazımdır. Çünki məsələnin həllində dilçi alimlərinözlərinin də fərqli yanaşmaları var və nə qədər ki, bu anlaşılmazlıq aradanqalxmayıb, onda "x” ilə "h” hərflərinin "davası”nı hələ çox döyəcəyik...

Təranə Məhərrəmova

 

Mənbə: kaspi.az