Qurbanqulu Berdıməhəmmədovdan müəllimlərə qadağa - FOTO

Qurbanqulu Berdıməhəmmədovdan müəllimlərə qadağa - FOTO

Türkmənistanda prezident Qurbanqulu Berdıməhəmmədov xalqla necə istəyirsə, o cür də davranır. Qadağalar bir-birini əvəz edir.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda bundan sonra müəllimlər yalnız yaşıl qələmlə yazacaq. Ölkə rəhbərliyi belə qərara gəlib. Paytaxt Aşqabadda məktəb rəhbərliklərinə konkret tapşırıq verilib. Məsələn, artıq 2, 4 və 7 saylı məktəblərdə müəllimlər üzərində türkmən xalçasının əksi olan qələmlər alıblar. İş orasındadır ki, qələmlər heç də ucuz deyil. Rusiyadan, Türkiyədən, Çindən gələn məhsul 45 Türkmənistan manatına (təxminən 22 Azərbaycan manatı) satılır. Yaşıl rəngdə bloknotlar bundan 5 manat bahadır.

Yaşıl qələm və bloknot Türkmənistan dövlət televiziyasının kadrlarında da çox görünür. Çünki dövlət tədbirlərindəki məmurlar yalnız bu dəftərxana elementindən istifadə edir. Berdıməhəmmədov çıxış edəndə əyləşənlərin yaşıl qələmlə yaşıl bloknotda qeyd aparmaq imitasiyası nəzərə çarpır.

Yaşıl prezidentin sevimli rəngidir. Berdıməhəmmədov bu rəngdə idman geyimi ilə məşq edir. Ona tədbirlərdə yaşıl çələngdə gül verirlər. Hətta sürdüyü velosiped də bu rəngdə olur.

Mənbə: www.bizimyol.info