Koronavirusdan necə qorunmaq olar? – VİDEO

Koronavirusdan necə qorunmaq olar? – VİDEO

Mərkəzi Gömrük Hospitalı "Koronavirusdan necə qorunmaq olar?" başlıqlı videoçarx hazırlayıb.


TED.az-ın xəbərinə görə, təlimatda qeyd edilib ki, virus daha çox öskürək və asqırma (hava-damcı) yolu ilə yayılır.
Videoçarxda o da bildilib ki, profilaktika üçün kütləvi yerlərdə mütləq qoruyucu maskadan istifadə etmək lazımdır:


- Əllərinizi ən azı 20 saniyə isti su və sabun ilə yuyun və ya spirt tərkibli dezinfektantlarla ovuşdurun;

- Maskadan düzgün istifadə qaydalarına riayət edin (burun və ağız örtülməli, maska taxıldıqdan sonra ona toxunulmamalı, hər 2-3 saatdan bir dəyişdirilməli);

- Kirli əllərinizlə üzünüzə, gözünüzə, ağız və burnunuza toxunmayın.

Hospitalın paylaşımında o da vurğulanıb ki, bu epidemiya bütün dünya əhalisini narahat edir. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur və qısa müddət ərzində təngnəfəslik əmələ gətirir. Bu təhlükəli virus yüngül soyuqdəymədən ölümcül xəstəliyə qədər səbəb ola bilər.
Profilaktik addımlarla ətraflı tanış olmağınız üçün sözügedən videoçarxı təqdim edirik:

Mənbə: ted.az