Repoduktiv sağlamlıqla bağlı tədbir keçiriləcək

Repoduktiv sağlamlıqla bağlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliği, gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində biliklərinin artırılması məqsədilə 2020-ci il ərzində Bakı şəhərində və regionlarda yerləşən təhsil müəssisələrində (orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrində, ümumtəhsil məktəblərində) maarifləndirmə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Komitədən "Olaylar"a verilən məlumata görə, növbəti tədbirin keçirilməsi 21 fevral 2020-ci il tarixində saat 11.00-da "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli" mövzusunda Bakı İdarəetmə və Texnologiya Kollecində planlaşdırılır.

 

Mənbə: olaylar.az