Maşınını yuduzdurmağa apardı, gələn mesajla şoka düşdü - FOTO

Maşınını yuduzdurmağa apardı, gələn mesajla şoka düşdü - FOTO

İngiltərədə avtoyuma mərkəzi işçilərinin onun haqqında yazdıqları mesajları görən bir uşaq anası gənc qadın həyatının şokunu yaşayıb.

Primetime.az xəbər verir ki, hadisə Truro bölgəsində baş verib. Belə ki, 24 yaşlı Emili Corc adlı qadın avtomobilini yuduzdurmaq üçün avtoyuma mərkəzinə aparıb. Pul qabını avtomobildə unutduğunu görən qadın işçilərlə əlaqə qurduqdan sonra avtomobilini götürərək evinə dönüb.

Lakin ertəsi gün telefonuna bir mesaj gələn qadın şoka düşüb. Belə ki, işçilərdən biri qadın haqqında söhbətlərin edildiyi "Whatsapp" qrupunun ekran görüntüsünü Corca göndərib. Sözügedən söhbətlə qadının fotosu paylaşılıb və "Subay olsaydım onunla burada intim münasibətdə olardım" tipli mesajlar yazılıb. Ekran görüntüsünü qadına yollayan şəxsin söhbətlərdən narahat olduğu üçün vəziyyət haqqında ona xəbər verdiyini söyləyən Corc avtoyuma mərkəzi ilə yenidən əlaqə qurub.

İngiltərə mediasında yayımlanan və vəziyyətin ürək bulandırıcı və alçaldıcı olduğunu bildirən Corc işçilərdən məhkəməyə şikayət edəcəyini ifadə edib.

Mənbə: primetime.az