Tələbəyə təqaüd ancaq bir dönərə çatır - ARAŞDIRMA

Tələbəyə təqaüd ancaq bir dönərə çatır - ARAŞDIRMA

Azərbaycanda dövlət hesabına və ödənişli əsaslarlatəhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyanibölümündə təhsil alan tələbələrə təqaüdonların ümumi orta göstəricisinə uyğunverilir. Təqaüd siyahısına daxil olan tələbələrətəqaüdlər semestr üzrə imtahan sessiyasının nəticələrinə və fənlər üzrə göstəricilərinəəsasən müəyyənləşdirilir. Göstəriciləri 91-100 bal olan tələbələr "əlaçı” sayıldıqlarından127 manat, 71-100 bal olan tələbələr - "həvəsləndirici”107 manat, 51-100 bal olan tələbələr - "adi” 75 manat dəyərində təqaüd alırlar.
Bəs tələbələrbu təqaüdlərin həcmindən razıdılarmı və bu pul onların aylıq xərclərini nə dərəcədəödəyir?

AzərbaycanTibb Universitetinin 4-cü kurs tələbəsi Əyyub Eminli təqaüd ala bilmir. O,universitetin təqaüd sisteminin ədalətli olduğunu söyləyir. "Ödənişli yaxuddövlət sifarişli olmasından asılı olmayaraq öz üzərində çalışan tələbələr təqaüdalır. Məsələn, mən ümumi orta müvəffəqiyyət göstəricim aşağı olduğu üçün təqaüdala bilmirəm.Məncə bu normaldır”.
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Əsliİsmayılzadə tələbə təqaüdünə düşən tələbələrdəndir. O, əlaçı olduğu üçün 130manat təqaüd alır. Əsli İsmayılzadə deyir ki, "oxuyan tələbə təqaüd alır, buyaxşı haldır. Lakin tələbə təqaüdü çox aşağıdır. Ailə ilə yaşayan tələbələr özxərclərini bu təqaüd ilə ödəyə bilərlər. Lakin rayondan bura gələn tələbələr butəqaüdlə Bakıda yaşaya bilmir. Bakalavr üzrə ən yüksək təqaüdü almağımabaxmayaraq bu təqaüdlə aylıq xərclərimi qarşılaya bilmirəm”.
Azərbaycan Dövlət Neft və Sənaye Ünuversitetinin4-cü kurs tələbəsi Nəcmi Musazadə "Sabah” qruplarında oxuyur. "Sabah”qruplarında təhsil alan tələbələr göstəricilərinə uyğun olaraq əlavə təqaüdalırlar. "Sabah” qruplarında oxuyan tələbələrə adi və zərbəçi olduqda 50 manat,əlaçı olduqda isə 70 manat əlavə təqaüd verilir. Ailəmlə birlikdə yaşadığımüçün aldığım təqaüd planlaşdırdığım aylıq xərclərimi ödəyir. Lakin ay ərzindəplanda olmayan başqa xərclərim yaranarsa bunu təqaüdümlə həll etmək mümkündeyil”.
Təhsil eksperti Kamran Əsədov isə, təqaüdün ümumi dəyərininistehlak səbətindən az olması fikrindədir. "Azərbaycanda təqaüdlər məbləğinə görə, bir çox ölkələrdən aşağıdadır. Təqaüdlərinverilməsi Almaniya standartlarınauyğundur. Lakin məbləğ və mexanizmində bir sıra fərqlər var. Azərbaycanda təqaüdlərinverilmə forması rəqabət sxemini formalaşdırır. Dünya standartlarından fərqliolaraq təqaüd alanların ümumi faizi aşağıdır və 31% təşkil edir”. Azərbaycandatələbələrə təqaüd proqramları təklif edən bir neçə şirkət də var. Azercell,SOCAR, Goldanpay kimi şirkətlər daxili təqaüd proqramları təşkil edirlər.
"AzercellTelekom” MMC-nin təşkil etdiyi tələbə təqaüd proqramında qalib gələn tələbələrəaylıq 200 manat təqaüd almaq imkanı verirlir. Həmçinin qalib gələn tələbələr telekommunasiyasahəsi barədə biliklərini artırmaq, şirkətdə təcrübə keçmək şansı qazanır.
SOCAR-ıntəşkil etdiyi tələbə təqaüd proqramında qalib gələn tələbələrə isə aylıq 100manat təqaüd verilir. Qaliblər test və müsabiqə yolu ilə müəyyən edilir.
Lakinölkədə minimum əmək haqqının 250 manat olduğunu nəzərə alsaq daxili təqaüdproqramları da bir tələbənin aylıq xərclərini qarşılaması üçün yetərlideyil. Belə ki, onların dəyəri 100-200 manatarası dəyişir.

Əliyə İlyasova
www.anews.az

Mənbə: anews.az