Şəhidimizin evindən - Aydın Abdullayevin "Ocaq Əmanəti"

Şəhidimizin evindən - Aydın Abdullayevin "Ocaq Əmanəti"

Azərbaycan Ordusunun giziri Aydın Abdullayev 1990-cı ildə Bakıda anadan olub. 1996-cı ildə Pərviz İsmayılov adına 278 nömrəli orta məktəbin birinci sinfinə daxil olan Aydın 2007-ci ildə məktəbi bitirib. Uşaqlıqdan idmana olan marağı onu bir çox yarışlarda qalib edib. Ali təhsil üçün sənədlərini İdman Akademiyasına versə də, bu arzusuna çata bilməyib. Könüllü olaraq ordu sıralarına yazılan Aydın hərbi kurslarda iştirak edərək gizir kimi N saylı hərbi hissədə xidmətə başlayıb. Xidməti dövründə fəxr fərmanlarla təltif edilib. Aydın Abdullayev 2013-cü il oktyabrın 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

 

Mənbə: lent.az