"Apple" "iOS 14" əməliyyat sistemində yeniliklər edəcək

"Apple" "iOS 14" əməliyyat  sistemində yeniliklər edəcək

"Apple" brendi "Google", "Android" kimi yeniliklər etmək niyyətindədir. Söhbət, "Apple" brendinə məxsus cihazlarda "standart" tətbiqlərinin məcburi şəkildə yüklənməsindən gedir.

Open.az xəbər verir ki, hal-hazırda brendə məxsus smartfon və planşetlərdə tam 38-ə yaxın tətbiq yüklənir. 2008-ci ildən "App Store" istifadəyə verildiyi andan, şirkət əsasən standart tətbiqləri önə çəkib.

Qeyd edək ki, əlavə hər hansı bir tətbiqin platforma tərəfindən dəstəkləndiyi yasaqlanmasa da, üstünlük yenə də brendin təklif etdiklərinə verilirdi. Məsələn hər hansı bir link əlavə yüklənilən brauzerdən əvvəl standart tətbiq "Safari" də açılır.

Buna görə də, şirkət bütün nüansları nəzərə alaraq, komfortlu update-lər etmək qərarına gəlib. Məsələn "Spotify" kimi əlavə tətbiq "Air Play" icazəsi olmadan naqilsiz küyboğucu HomePod-a qoşulmaq imkanı əldə edəcək.

Ekspertlər baş verənləri "alma" platformasına qarşı irəli sürülən ittihamlar ilə əlaqələndirir. Şirkət isə bu barədə açıqlama vermir və yenilikləri iOS 14 təqdimatı ilə birgə gözləməyi məsləhət görür.

Mənbə: open.az