Goranboy sakininin evi yağışlardan sonra qəzalı vəziyyətə düşüb

Goranboy sakininin evi yağışlardan sonra qəzalı vəziyyətə düşüb

Goranboy sakininin evi yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Xanqərvənd kənd sakini Afət Əsgərovaya məxsus ev təhlükəli duruma çatıb və uçmaq təhlükəsi ilə üzləşib. Yağışlardan sonra fəallıq daha da artıb. Evin arxa və yan divarlarında çatlar əmələ gəlib.

Afət Əsgərovanın yaşadığı ev hər an uça bilər.

Yaranmış vəziyyətlə bağlı aidiyyatı qurumlara müraciət edən ailə kömək gözləyir.

Xanqərvənd kənd İcra nümayəndəsi İlqar Tağıyev APA-ya həqiqətən də Afət Əsgərovanın onlara və rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, məsələ araşdırılır.

Mənbə: apa.az