Qorumalı olduğumuz dəyər

Qorumalı olduğumuz dəyər

Soydaşlarımızın yaşadıqlarıölkələrdə Azərbaycan dilini öyrədən məktəblərin fəaliyyətini daha da genişləndirmək vacibdir Fevralın 21-i Beynəlxalq Ana DiliGünüdür. Hər il Parisdə, UNESCO-nunmənzil-qərargahında qeyd edilən bu gün, həmçinin öz ana dilini sevən, yaşadığıməkandan asılı olmayaraq onun təbliğatına çalışan insanların günüdür. Təsadüfideyil ki, bu il qeyd edilən tarix "Sərhədsiz dillər” mövzusuna həsr edilib. Hesabedilir ki, bu əlamətdar günün qeyd olunması ölkələr və millətlər arasında sülhdialoqunun və sosial inteqrasiyanın təşviqinə kömək edəcək. UNESCO bütün üzvdövlətləri və tərəfdaşları dil müxtəlifliyini və çoxdilliliyi bayram olaraqqeyd etməyə çağırır; çünki bu dillər dayanıqlı inkişafın və möhkəm sülhünhərəkətverici qüvvəsidir.
Xatırladaq ki, Beynəlxalq Ana Dili Gününün qeydedilməsi üçün Banqladeş hökumətinin irəli sürüdüyü təşəbbüs 1999-cu ildəUNESCO-nun baş konfransı tərəfindən qəbul olunub. 2000-ci ildən ölkələrdəBeynəlxalq Ana Dili Günü qeyd edilir. Dil və mədəniyyət müxtəlifliyinintanınması, bu amillərə hörmət edilməsi cəmiyyətin daha sıx birləşməsinə köməkedir. Bu isə dünyada möhkəm sülhün əsasını təşkil edir.
Qeyd edək ki, dünyanın ayrı-ayrıölkələrində diaspora təşkilatlarının nəzdində və ya ayrı-ayrı ziyalıların vədiaspora fəallarının təşəbbüsü ilə Ana dili sinifləri fəaliyyət göstərir.
Ana dili məktəblərin rəhbərləriilə söhbətimizdə bəzi xarici ölkələrdə Ana dilimizin qorunması və təbliğiistiqamətində görülən işlərdən xəbər tutduq.
Əgərana dili siniflərinin sayı artarsa…
KanadanınOntario vilayətinin Toronto şəhərində Ana dili məktəbinin rəhbəri YeganəCəfərova artıq 14 ildir ki, Ana dili sinfinin fəaliyyət göstərdiyini deyir: "Azərbaycandili sinfinə yeni şagirdlərimiz qəbul olunub. Uşaqların marağı artır, onlardili öyrəndikcə çox sevinirlər. Cənubi Azərbaycandan olan uşaqlar da dərslərəqatılırlar. Hətta 3 yaşında olan uşaqları da valideynləri sinfə yazdırarlar.Bu, bizi çox sevindirir. Dərsin tədrisi üçün başqa müəllimlər də işə cəlbolunub. Təhsilşöbəsi, adətən hər həftənin şənbə günləri dil dərslərinə yer verir. Bu dərslərhəftədə bir dəfə, 2 saat yarım keçirilir. Biz bayram günləri və tətil günləriistisna olmaqla, dərsi tədris edirik. Təhsil şöbəsi təklif edir ki, uşaqlar çoxolarsa, siniflərin sayını artıraq. Bunun üçün uşaqda maraq yaratmaq, dili nəcür öyrənməyin lazımlığını onlara aşılamaq lazımdır. Uşaqlar dili sevməlidirlərki, öyrənsinlər. Uşaq sərbəst qalanda diqqətdən kənarlaşa, xoşa gəlməyənvərdişlərə meyllənə, öz milliliyini itirə bilər. Bu baxımdan, Ana diliməktəbinin yaradılması və azərbaycanlı uşaqların ora cəlb edilməsi çoxvacibdir. Kanadada başqa millətlərin, o cümlədən ermənilərin çoxsaylıməktəbləri var. Həmçinin çoxlu erməni uşaq bağçaları var. Bizim də maliyyəmizolsa, belə məktəblər və uşaq bağçaları aça bilərik. Düşünürəm ki, gələnildən başqa məktəblərdə Ana dili sinfini açmağa qadirik. Çünki buradaazərbaycanlı uşaqlar çoxdur. Mən bütün valideynləri də bu prosesə hazırlamaqistəyirəm. Bununla bağlı özüm də məqalələrlə çıxış edəcəyəm. Hər bir xalq özana dilini qoruyur. Biz də öz dilimizi qorumalı və təbliği ilə məşğulolmalyıq”. Y.Cəfərova hesab edir ki,əgər ana dili siniflərinin sayı artarsa, Kanadadakı insanlarımız öz dillərindədanışarsa, bu, ölkəmiz haqqında informasiyaları həmçinin öz dilimizdə yaymağaimkan verər. Y.Cəfərova ana dili məktəbinin 15 illiyini qeyd etməyə hazırlaşdıqlarınıda bildirir: "Bu tarixi təntənə ilə qeyd edəcəyik. Bu, ana dilimizi daha çoxtəbliğ etmək üçün bir stimul yaradır”.


Dilimizi unutmamağa,tariximizi, mədəniyyətimizi bilməyə… Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzininrəhbəri Qasım Nəsirov bildirdi ki,artıq iki ildir Bern şəhərində Qarabağ Azərbaycan dili Mədəniyyət Mərkəzifəaliyyət göstərir. Hazırda bu məktəbdə 14 şagird dərs alır. Hər həftənin şənbəgünü şagirdlərə 3 saatlıq dərslər keçirilir: "Şagirdlərə həm Azərbaycan dili vəədəbiyyatı, həm də Azərbaycan rəqsləri öyrədilir. Artıq bir aydır ki, həminməktəbin filialı Solothurn şəhərindədə yaranıb. Bununla da Azərbaycan dilində ikinci məktəb fəaliyyətə başladı. Oməktəbdə də təxminən 25 uşaq oxuyur. Onlara ana dili, Azərbaycan rəqsləri vəmilli musiqimiz öyrədilir. Onlar hətta Azərbaycan rəqslərini 3 festivaldatəmsil ediblər və maraqla qarşılanıblar”. Q.Nəsirovun sözlərinə görə, uşaqlardaAzərbaycan dilini öyrənməyə böyük maraq var. Onlar dərslərə həvəslə qatılırlar:"Bu, bizi çox qürurlandırır. Çünki bu ölkədə doğulan və yaşayan uşaqlar özmədəniyyətlərindən uzaq olduqları üçün çox şeyi yadırğaya bilərlər. Ancaq bucür məktəblərin olması uşaqların öz mədəniyyətlərini, tarixlərini bilməyə,doğma dillərini sevməyə yönləndirir”. Mərkəz rəhbəri deyir ki, dərslərdə əsasənAzərbaycandan aldıqları dərsliklərlə dərs keçirlər. Belə ki, uşaqlar həminkitablardan hekayələr, şeirlər öyrənirlər: "Eyni zamanda, Azərbaycancoğrafiyası, ədəbiyyatı haqqında məlumatlar əldə edirlər. Hesab edirəm ki, anadili məktəblərinin fəaliyyəti xarici ölkələrdə, xüsusən vacibdir. Bu məktəbləröz soydaşlarımızın dilimizi unutmamasına tariximizi, mədəniyyətimizi bilməsinə,soykökümüzə bağlı olmasına səsləyir. Fikrimcə, bu məktəblərin fəaliyyətiniget-gedə daha da genişləndirmək və daha çox uşaq cəlb etmək lazımdır».

 
Ana dilimizin ölkəmizdənkənarda yaşadılması Ukrayna AzərbaycanlılarıOdessa vilayəti qadın və uşaq şöbəsinin rəhbəri Alidə Gözəlova bildirir ki, Odessa vilayətində Ukrayna AzərbaycanlılarıKonqresinin və iş adamlarının dəstəyi ilə Ana dili məktəbi fəaliyyət göstərir:«Uşaqlar və valideynlər məktəbə böyük həvəslə yanaşırlar. Azərbaycan dilinin normalarınındüzgün öyrənilməsi, ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərininövladlarımıza aşılanması ilə məşğul oluruq. Məktəbimiz uşaqların dərs qrafikinipozmamaq üçün həftə sonları – şənbə və bazar günləri fəaliyyət göstərir. Hesabedirəm ki, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, azərbaycanlı olduğumuzuunutmamalıyıq. Bizim övladlarımızın damarlarında azərbaycanlı qanı axır. Onagörə də onların öz ana dillərinə maraqlarını təmin etmək üçün çalışırıq. Bizbütün milli, dini bayramlarda, ölkəmizin tarixi günlərində uşaqların iştirakıilə tədbirlər keçiririk. Məqsədimiz övladlarımızı vətənpərvər ruhda böyütmək,Azərbaycan dilinin onların ana dili olduğunu və vətənin nə demək olduğunuöyrətməkdir. Biz onlara təkcə Azərbaycan dilində yazmağı və oxumağı öyrətməkləbu hisslərin nə qədər önəmli olduğunu başa sala bilmərik. Eyni zamanda, kədərligünlərimizi də, xoş günlərimizi də, adət-ənənələrimizi də öyrədirik. Uşaqlarana dilimizdə şeirlər öyrənir, mahnılar oxuyurlar. Bu, bizi çox sevindirir.Hesab edirəm ki, bu məktəbin fəaliyyəti dilimizin ölkəmizdən kənardayaşadılması istiqamətində mühüm addımdır”.
Azərbaycanlı uşaqlar özdillərini sevsinlər Fransa Azərbaycanlıları KoordinasiyaŞurasının əlaqələndiricisi, Fransa Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov bildirir ki, 2019-cuildə Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyevanın və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsüilə Fransanın Nant şəhərində Azərbaycan-Qarabağ məktəbi açılıb. Belə ki, aprelayında məktəb fəaliyyətinin 1 illiyini qeyd edəcək: "Belə bir məktəbə Nantşəhərində yaşayan azərbaycanlıların böyük ehtiyacı var idi. Bura Fransadaazərbaycanlıların ən çox məskunlaşdığı şəhəridir. Bu şəhərdə təxminən 300-400-dənçox azərbaycanlı ailə yaşayır. Məktəbdə təxminən 40-45 şagird qeydiyyatdankeçib. Hər bir valideyn istəyir ki, övladı fransız dilini bilməklə yanaşı anadilini də unutmasın. Çünki ana dilini unutmaq vətənini, torpağını, Qarabağı,Xocalını, 20 Yanvar hadisələrini unutmaqdeməkdir”. T.Zeynalovun sözlərinə görə, məktəbdə 2 müəllim Azərbaycan dilindən6-9 yaşlı uşaqlara ana dilini tədris edir: "Bu məktəbdə uşaqlara yazmağı, oxumağıöyrədir, Azərbaycanın milli atributları, mədəniyyətimiz, tariximizlə bağlı məlumatlarıveririk. Sevindirici hal odur ki, məktəbə maraq gün-gündən artır. Hətta, uzaqşəhərlərdən belə zəng edərək «imkanımız olsaydı, biz də öz uşağımızı bu məktəbəgətirərdik ki, ən azı öz ana dillərini öyrənsinlər» deyirlər”. Assosiasiyasədrinin sözlərinə görə, Ana dili məktəblərinin Azərbaycandan kənarda fəaliyyətgöstərməsi çox vacibdir: "Buralarda yaşayan azərbaycanlılar da bu məktəbinəhəmiyyətini anlayırlar: "Bizə başqa şəhərlərdən zənglər gəlir və belə birməktəbin azərbaycanlıların yaşadığı başqa şəhərlərdə olmasını da istəyirlər. Buda onu göstərir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarının Azərbaycandilini öyrənmələrini istəyirlər. Biz də təşkilatçı kimi bu istiqamətdəəlimizdən gələni etməyə çalışırıq ki, buradakı azərbaycanlı uşaqlar özdillərini sevsinlər və unutmasınlar.Məqsədimiz odur ki, gələcəkdə Azərbaycan üçün kadrlar yetişdirək. Yəni buuşaqlar öz ölkələrindən gördüyü qayğını yaddan çıxarmasınlar. Təbii ki, buistiqamətdə təbliğatımızı aparırıq. Burda hər sahə üzrə tədris edə biləcəkmüəllimlərimiz də var». Təranə Məhərrəmova


 

Mənbə: kaspi.az