“Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var” - Səhhət

“Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var” - Səhhət

OnkoginekoloqGünay Məmmədbəyli: "İnsanlar özlərini nədənqoruyacaqlarını bilməsələr, bizim müalicələrimizin, əməliyyatlarımızın roluazalır” "Bir xəstəm var idi, uşaqlıq boynunun xərçəngi ilə müraciət etmişdi.Əməliyyat oldu, qısamüddət sonra problem yarandı, bir də əməliyyat etdik. Təkrar müalicə aldı. Çoxağır dönəm keçirdi, amma sağaldı. Bu yaxınlarda zəngvurub dedi ki, əməliyyatından 10 il keçir, sağ-salamatdır, bu münasibətləözünü də təbrik etdi, məni də.
Başqabir xəstəm var idi, qeysəriyyə əməliyyatı zamanı onda xərçəng olduğuaşkarlanmışdı. Cavan qız idi, kimyaterapia aldı, saçsız qaldı, böyük ruh düşkiünlüyüyaşadı, amma sağaldı. O gün yanıma bir xanımı müayinə üçün göndərmişdi. Dediki, o xanım sizə salam göndərdi, sağlam olduğunu saçlarının çıxdığını, hazırdaməktəbdə işlədiyini sizə çatdırmağımı istədi. Üstündən 3 il keçib, uşağıböyüyüb”.
Bu sözləribizimlə söhbətində onkoginekoloq, cərrahGünay Məmmədbəyli bildirdi. G.Məmmədbəyli deyir ki, onkoginekoloji problemlərdənəziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismisonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.
Həkimbildirir ki, problemin həllində həkimlər qədər pasientlərin də rolu var.
- Evlənməyənə, ya da problem olmayana qədər qızlarıginekoloqa aparmaq təcrübəsi bizdə yoxdur. "Niyə aparım, hələ evlənməyib, onunnə problemi olacaq ki?” deyirlər. Nə problemi ola bilir?- Hər ayqız uşaqlarını ginekoloqa aparmaq lazım olduğunu demirəm, ancaq sağlamlığı nəzarətdəsaxlamaq önəmlidir. Çünki bir çox problemlərin kökü məhz uşaqlıqdan başlayır.Axı xərçəng birdən-birə yaranmır. Nəyinsə fonunda baş verir. Ona görə, kiçikyaşlardan sağlamlığın qeydinə qalınmalıdır. Məsələn, hər ölkənin iqliminə görə,qızların aybaşı olma dövrü var. İsti ölkələrdə bir cürdür, soyuq iqlimiolanlarda başqa. Bizim ölkədə qızlar 12-13 yaşlarında aybaşı olmalıdırlar. Bəzən16 yaşında aybaşı olmur, ana ginekoloqa müraciət etmir ki, ayıbdır, qız uşağıdır,niyə getsin ki? Ən yaxşı məsləhətçi qonşudur, deyir ki, narahat olma, məndə dəelə olmuşdu. Biz də rahatlaşırıq, vaxt keçir və bir də görürük ki, qızınyumurtalığında böyük törəmə, yaxud polikistoz var, tüklənmə, kökəlmə gedir.Onda həkimə aparırlar.
- Fərqli yaş qrupunda olanxanımlarla ünsiyyətdə olursunuz. Maraqlıdır, xanımlar ginekolojicəhətdən sağlamlıqları ilə bağlı nə dərəcədə məlumatlıdırlar?- Deyərdimki, böyük qismi heç də məlumatlı deyil. Düzdür, indi internet dövrüdür, oxuyuböyrənməyə çalışanlar çoxdur. İnternetdə nə qədər düzgün məlumat varsa, o qədərdə səhv məlumatlarla qarşılaşırlar. Ancaq illər öncə ilə müqayisə edəndə, indiməlumatlı olanların sayı artır. Çoxlu maarifləndirilmə işinə ehtiyac var. Birmüddət öncə Xəzər Rayonu İcra Hakimiyyəti məni dəvət etdi, xanımlar üçünginekologiya ilə bağlı maarifləndirici bir görüş təşkil etmişdilər. Zal doluidi, o qədər adam gözləmirdim. Belə görüşlərin hər yerdə keçirilməsinə ehtiyacvar, çünki məlumatsızlıq səviyyəsi çoxdur. - Xanımlar, əsasən nədən məlumatsız olurlar?-Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çoxxanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə,həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaksdövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonradoğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyəgedim?” deyənlər də olur. Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərinçoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərininxərçəngi daha yaşlı qadınlarda olur. Qadınlar məlumatsızdırlar ki, klimaksdövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqimqalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadınkəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir” demək də olmaz, çünki müxtəlifsəbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğudəqiq bilinsin.
- Qadınlarda onkoloji xəstəliklərarasında rastgəlmə tezliyinə görə ilk yerlərdə olan uşaqlıq boynunun xərçəngindəndanışaq. Xəstəliyin bu qədər çox olmasının səbəbi nədir?- Ədəbiyyatlarda yazılır ki, uşaqlıq boynu xərçəngi rahibələrdəolmur. Bu, alimləri bu istiqamətdə araşdırma aparmağa vadar etdi. Təsdiq olunduki, cinsi əlaqədə olmayan qadınlarda bu növ xərçəng demək olar ki, yaranmır.2007-ci ildə isə isbat edildi ki, bu xəstəlik virus vasitəsilə -insandan-insana keçə bilir. Dolayısı ilə uşaqlıq boynu xərçəngi papiloma virusuvasitəsilə kişilərdən qadınlara keçir. Ona görə, bu xəstəliyin qadınlardayaranmasında, kişilərin bilavasitə rolu var. Daha çox nəzarətsiz cinsi əlaqələr, bir həftə, bir ay ərzində seksualpartnyorların dəyişməsi uşaqlıq boynu xərçənginə gətirib çıxara bilir. - Bu problemlə üzləşən xanımlarınhəyat yoldaşlarının sağlamlığında heç bir problem olmur axı...- Kişilərdaşıyıcı olurlar, adətən onların sağlamlığına mənfi təsir göstərmir. Nadirhallarda onlarda da problem ola bilir. - Onkoginekoloji xəstəliklərin yaranmasına səbəbolaraq həm də pəhrizləri göstərirlər. - Uşaqlıq boynu xərçənginə inkişaf etməkdə olan ölkələrdə daha çoxrast gəlinir. Çünki maddi vəziyyət, məlumatlılıq aşağı səviyyədə olur. İnkişafetmiş ölkələrdə isə uşaqlıq cisminin xərçənginə daha çox təsadüf edilir. Uşaqlıqcismi xərçənginin səbəbi tam aydın deyil. Lakin bu növ xərçəngə piylənmə, şəkərlidiabet olan, reproduktiv funksiyasını icra etməkdə problemlə üzləşən və s.qadınlarda daha çox rast gəlinir. Burda artıq qida söhbətinə gəlirik. Piylənməolan xanımlarda da bu xəstəliyə tutulma ehtimalı çoxdur. Bəzi növ xərçənglərinvirus mənşəli olduğu təsdiqlənib. Virus nə zaman orqanizmdə baş qaldırır?İnsanın immun sistemi qəfildən düşdükdə. İmmun sistemi uzun müddət stressli vəziyyətdəolan şəxslərdə, qeyri-sağlam dieta saxlayıb bir ay ərzində 20-30 çəki verəndədüşə bilir. - Doğum nəzarət həbi də səbəb kimigöstərilir.- Bunlar mübahisəli məsələlərdir. "Bu həbi qəbul etdinsə, sabah xərçəngolacaqsan” deyə, bir şey yoxdur. Ancaq o həbi həkim təyin etdiyi müddətdənartıq qəbul etmələri məsləhət deyil. Bəzən xəstəyə deyirik ki, 3 ay qəbul et.Effektini görür və davamlı istifadə edir. 3-6 il istifadə etdiyini deyənlərolur. 6 il o həbləri istifadə etmək qətiyyən olmaz. Belə bir şeylər xəstəliyisürətləndirən faktorlardandır, amma konkret səbəb kimi demək olmaz.
Unutmayaq ki, çox növ xərçəngin yaranma səbəbi dəqiq bilinmir. Uzunmüddət doğum nəzarəti həbi qəbul edən, uşaq dünyaya gətirməyən, süd verməyən vəs. qrup qadınlarda xərçəng yaranması riski digərləri ilə müqayisədə çoxdur,ancaq bunlar da yüz faiz qəti qərar verməküçün yetərli deyil. Yaxud genetikanı deyirlər. Genetikanın da rolu var. Ammabütün xərçəng növlərinin genetik fonda yarandığını deyə bilmərik.
- Bundan sığortalanmaq mümkündeyil?- Hazırda bir neçə Avropa ölkəsində və Amerikada bu xəstəliklə bağlıvaksin tətbiq edilir. Mütləq qaydada dövlət proqramına daxil olunub. Hər birqadın cinsi əlaqəyə başlamamış vurulur. İsraildə hətta kişilərə də vurulur.Çünki onlar problemi kökündən həll etmək üçün belə edirlər. "Kişidə yoxdursa,qadın da xəstələnməz” kimi düşünürlər. Papiloma virusu kişilərdə də cinsiyyətorqanında xərçəng yarada bilir. Çox nadir hallarda olur, amma səbəbfaktorlarındandır. Vaksinlə, bu ehtimalın da qarşısını alırlar. Azərbaycanda dabu vaksinlər var, amma təəssüf ki dövlət proqramına daxil olmayıb. Fərdi olaraqxanımlar vurdura bilərlər. Bu vaksin vurulmamışdan əvvəl qadın cinsi əlaqədəolmamalıdır. Olubsa, yoxlanmalıdır ki, o virusa yoluxub, yoxsa yox.Belə bir imkanı olmayanlar isə cinsi əlaqə zamanı qorunsalar və nəzarətsizseksual münasibətlərini nəzarətə alsalar, gigiyenik olsalar, probleminqarşısını almış olarlar. Bu xəstəliyin yayılmasında, müalicəsində həkimlər qədər,sadə insanların da rolu var. İnsanlar özlərini nədən qoruyacaqlarını bilməsələr,bizim müalicələrimizin, əməliyyatlarımızın rolu azalır. - Xərçəngdən dünyasını dəyişən bir xanımın qızı deyirdiki, anam ətrafdakılara deməyə, həkimə getməyə utanırdı. Son məqamda getdi, ondada xeyri olmadı. Bu problemdən dolayı utandığı üçün ətrafdakılara bildirməyənqadınlar çox olur?- Beləhallar çox olur. Daha çox yaşlı qadınlar belə yanaşırlar. Mən artıq nənəyəm,ginekoloqda nə işim var? Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdəolmayan qadınlar da ginekoloqa getməkdən qorxurlar. Düşünürlər ki, həkimə gedərəm,nə isə problem çıxar, axı ərim yoxdur, deməyəcəklər ki, bu, nədən yaranıb? Ammaproblem bu gün üzə çıxıbsa, o demək deyil ki, elə indi münasibət qurduğunüçündür. Bu xəstəliklər uzun müddət orqanizmdə olur, ancaq ağırlaşanda gözləgörünəcək səviyyə gəlir. Uşaqlıq boynu xərçənginin yoluxmadan sonra inkubasiondövrü 25 il çəkə bilər. Xanım o virusa bu gün yoluxubsa, xəstəlik 15 il sonrada baş qaldıra bilər. Erkən addımlarda balaca bir müayinə, müalicə, yaxud xırdabiz kəsiklə biz onun qarşısını ala bilərdik. Amma elə həddə gəlirlər ki. - Uşaqlıqdaxili poliplərdən də danışaq. Bir çoxxanımda bunlara rast gəlinir. Bunların xərçəngə çevrilmə ehtimalı nə dərəcədədir?- Polipləruşaqlıq daxilində səhv bölünmüş hüceyrələrdir. İndi bir qədər səhv bölünənhüceyrə gələcəkdə daha da sərt bölünə bilər. Hüceyrə bir qədər dəyişir, polipolur, dəyişib atipiyalaşır və xərçəng də ola bilir. Polip çox vaxt qanaxmalarverir. Polip götürülüb əkilməyə verilməlidir. Bilinməlidir ki, xərçəngdir,yoxsa yox. Xərçəng çıxmırsa, müalicə olunur, nəzarətdə saxlanılır. Varsa da,müalicəsi davam etdirilir. Elə qadın olub ki, polipdə xərçəng olub, onugötürmüşük. Həmin xanım müalicə olunub, sağalıb, sonra hamilə qalıb, övladdünyaya gətirib.
- Sağalma deyəndə, nəyi nəzərdə tutursunuz? Sonrabir də yaranmır?- İkincimərhələdə uşaqlıq boynu xərçəngi olan xəstəm var ki, 5 ildir yaşayır. 5 il ərzindəxərçəng xəstəsində heç bir törəmə əmələ gəlməyibsə, biz ona sağlam insan deyəbilərik. Amma onlar nəzarətdə olmalı, ehtiyac olarsa, müalicə almalıdır.Problem ondadır ki, sağalandan sonra çox qadın həkimə gəlmir. Deyirik ki, 6aydan bir müayinə olunmalısan, deyir ki, şikayətim yox idi, gəlmirdim. Sənartıq risk qrupundasan, gəlməlisən. Hər 6 aydan bir sağlam qadın həkimə getməlidir,qaldı ki, risk qrupunda olan.
- Bu sağalma nə zaman olur, erkən mərhələdə müraciətedəndə?- Mərhələdəndə çox, hüceyrənin növündən, onun aqressivliyindən asılıdır. Bəzən 3-cü mərhələxərçəng xəstələri uzun müddət yaşaya bilirlər, nəinki birinci mərhələdə gələn.Bəzən birinci mərhələdə görürsən ki, hüceyrə heç bir müalicəyə tabe olmur. Ammabilsinlər ki, uşaqlıq boynu, uşaqlıq cismi xərçəngi ilə neçə illər yaşayanxanımlarımız var. Xərçəng xəstəsi olduğunu bilən kimi, vəsiyyət yazmaq olmaz. Qətiyyənelə bir şey yoxdur. Sadəcə vaxtında aşkarlamaq və doğru müalicə aparılması önəmlidir.
Xanımlarımızademək istəyirəm, həm xoş, həm də bədxassəli şişlərin müalicəsi var. Sadəcəolaraq, həkimə müraciət etmək lazımdır. Düzgün müalicə taktikası ilə onu aradanqaldırmaq olur. Xərçəng yox, ümidsizlik ölümdür.
AygünAsimqızı

Mənbə: kaspi.az