Koronavirus əleyhinə 5 yeni dərman hazırlanır

Koronavirus əleyhinə 5 yeni dərman hazırlanır

Çində koronavirus əleyhinə hazırlanmış 5 yeni dərmanın klinik sınaqları sürətləndirilib. Day.az xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələrinə Nəzarət üzrə Dövlət İdarəsinin rəsmisi Çin Şifeya bildirib. Onun sözlərinə görə, həmin preparatların sınaqları ilə eyni zamanda hökumət tərəfindən satışına icazə verilməsi imkanları artıq nəzərdən keçirilir.
Dərmanların adları barədə hələ məlumat verilmir.

Qeyd edək ki, daha öncə Çinin elm və texnika nazirinin müavini Syuy Nanpin bəyan etmişdi ki, ölkədə koronavirus əleyhinə vaksinlərin klinik sınaqları cari il aprelin sonundan tez keçirilməyəcək.

Mənbə: news.day.az