"ASAN xidmət"in rəhbəri nikah şahidi oldu

"ASAN xidmət"in rəhbəri nikah şahidi oldu

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN" xidmət) sədri Ülvi Mehdiyev nikah şahidi olub.

Pravda.az xəbər verir ki, Ü.Mehdiyev əməkdaşı Sənan Ələsgərovun nikahına şahidlik edib.

Qeyd edək ki, nikahı olan gənc Sənan Ələsgərov 2017-ci ilin iyul ayından sentyabr ayına qədər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb, fəaliyyətini birinci dərəcə ilə başa vurub. O, 2017-ci ilin yanvar ayından etibarən "ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin müdiridir.

Mənbə: pravda.az