Husilərdən Səudiyyəyə zərbə: Bu sistemləri yaratdılar

Husilərdən Səudiyyəyə zərbə: Bu sistemləri yaratdılar

Yəməndəki husi qruplaşması 4 ədəd hava hücumundan müdafiə sistemi yaradıb.

Axar.az xəbər verir ki, bunu husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Muşat deyib.

Onun sözlərinə görə, Sakb-1, Sakb-2, Sakb-3 və Fətr-1 adları verilən sistemlərlə koalisiya qüvvələri üzərində üstünlük əldə edəcək və müharibənin nəticəsini öz xeyirlərinə dəyişəcəklər.

Musat sistemlərlə bağlı əlavə məlumat verməyib.

 

Mənbə: axar.az