Şəhid şəhər

Şəhid şəhər

İsti yatağında yatan birqızı,

Oyadar yuxudan titrəyənbir əl.

Bir ana səslənər: “Oyan,mələyim,

Gəlir üstümüzə azğın köpəklər”.

Oyan körpə balam, düşərsəkəsir,

Sanma uşaq deyəbağışlayarlar.

Körpə ürəyini, körpəköksünü

Qanlı əlləriyləparçalayarlar.

Qalxır yuxusundan səksəkəyləqız,

Oxunur gözündən vahimə,qorxu.

Tutub əllərindən anasıqızın,

Qaçır ayaqyalın meşəyədoğru.

Yanır kiçik şəhər, köməksizşəhər,

Düşmənlər bağlayıbcığırı, yolu.

Küçələr, səkilər başdan-ayağa,

Hələ soyumayan meyitlədolu.

 

Dartır balasını dalıncaana,

Dərələr, təpələr körpəniyorur.

Gecənin soyuğu, dağlarınqarı,

Vücudu dondurur, qanıdondurur.

Şaxta qılınc qədərölümcül, iti

Sağdan da, soldan dahücuma keçir.

Bayaq yatağında uyuyankörpə,

İndi özü boyda buzaçevrilir.

Isti bir yataqda başlayangecə,

Soyuq bir təpədə ölümləbitir.

Balası buz heykəl olanananın,

O gündən Allaha inamıitir.

İlahi, varmıdır belə birdiyar

Ruhu vücudundan dahayaralı?

Bağışla, hələ də “qisas”hayqıran

“İntiqam” gözləyən şəhidXocalı.

Seymur ƏLİYEV

Mənbə: moderator.az