Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı

Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub...

PİA.az-ın xəbərinə görə, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:

1. "HUMAY BROYLER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

2. "BARAT KƏNDLİ (FERMER) TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, «Muğanbank» ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.

3. "DƏYANƏT GƏLƏCƏYƏ BAXIŞ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

4. "AQROFLORA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.

5. "FARUZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.

pia.az

Mənbə: pia.az