Zərərli toksinlər enerjimizi "yeyir" - Əlamətlər

Zərərli toksinlər enerjimizi "yeyir" - Əlamətlər

Gün ərzində özünüzü yorğun hiss edirsinizsə, bunun səbəbi bədəninizdə yığılmış toksinlərdir.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, vaxtaşırı orqanizmdə toplanan zərərli toksinlər bədənin normal fəaliyyəti üçün lazımlı olan vitamin və mineralları qurudur. Bədəndə toksinlərin yığıldığını göstərən əlamətlər isə bunlardır:

Hər gün yuyunmağa baxmayaraq gün ərzində tərləmək;

İdman etmədiyiniz halda əzələ ağrılarının olması;

Dərinizdə tez-tez sızanaq, çiban və ya yaraların yaranması;

Yorğun olmağa baxmayaraq yata bilməmək;

Dişlər vaxtında yuyulsa da, ağız qoxusundan xilas olmamaq.

Qeyd edək ki, bütün kimyəvi məhsullarda (şampun, krem, lasyon, gel) yüksək miqdarda toksin mövcud olur. Buna görə də, sağlam qidalar qəbul etməyə, hərəkətsiz qalmamağa və təmiz havada gəzməyə fikir verin.

Milli.Az

Mənbə: news.milli.az