Bu ölkədə döymələrə qadağa qoyulacaq? – DEPUTATIN TƏKLİFİ

Bu ölkədə döymələrə qadağa qoyulacaq? – DEPUTATIN TƏKLİFİ

Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Gennadi Onişenko ölkədə döymələrin qadağan edilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Danışır Moskva” radiosuna verdiyi müsahibəsi zamanı deyib.

Onun fikrincə, insanların “doğma moda” adlandırdığı döymələrə bağımlılığı, cinsi hormonların çox olması ilə əlaqələndirilir.

Rusiyanın keçmiş baş sanitar həkimi qeyd edib ki, ən pis şey döyməni gənc qızlar və uşaq gözləyən analar tərəfindən edilməsidir.

O, döymə modasını “mənəvi intellekt böhranının” və “hədsiz dərəcədə bütpərəstliyin” təzahürü adlandırıb.

Onişenko, döymə zamanı qanın zəhərlənmə riskini də xatırladıb və döymə üçün istifadə olunan boyaların xərçəngə gətirib çıxaracağını deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az