”Zavod” komanda-biznes oyunu təşkil olunub - Azərbaycan sahibkarları üçün ilk dəfə

”Zavod” komanda-biznes oyunu təşkil olunub - Azərbaycan sahibkarları üçün ilk dəfə

Ölkəmizdə ilk dəfə olaraq biznesin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə yeni praktik təlim metodundan istifadə edilib. 2015-ci ildən etibarən Rusiyada keçirilən və indiyədək 2 mindən çox sahibkar və menecerin yararlandığı "Zavod" komanda-biznes oyunu bu dəfə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan sahibkarları üçün təşkil olunub. Oyun çərçivəsində 25 nəfərdən ibarət 5 komanda yaradılıb. 6 saat davam edən “Zavod” biznes-oyununda 80 biznes prosesi üzrə sənaye müəssisəsinin iş prosesi praktik şəkildə simulyasiya edilib. “Zavod” biznes-oyununun qalibi KOBİA və "Opora Rossii" təşkilatı tərəfindən mükafatlandırılıb.

Oyunun əsas əhəmiyyəti ondan ibarətdir ki, hər komanda müəssisə daxilində biznes mühitinin necə qurulduğunu görə biləcək. Maraqlısı odur ki, bütün iştirakçılar eyni şəraitdə, mübarizə aparacaqlar. Oyunun sonunda bəziləri itki verir, digərləri ciddi qazanc əldə edirlər. Sirr ondan ibarətdir ki, biznes strukturların idarəçilik bilikləri zəifdir. Bu oyunun məqsədi də həmin bilikləri iştirakçılara aşılamaqdır.

Mənbə: www.atv.az