Estoniyadan Portuqaliyayadək piyada gəzdi - Azərbaycanlı səyyah sağlam həyat tərzini təbliğ edir

Estoniyadan Portuqaliyayadək piyada gəzdi - Azərbaycanlı səyyah sağlam həyat tərzini təbliğ edir

Estoniy, Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa, İspaniya, Potuqaliya. Əsasən piyada və bəzi hallarda velosipedlə 10 Avropa ölkəsini gəzən 27 yaşlı Ağa Mehdiyev məqsədinə nail ola bilib. Azərbaycanlı səyyahın əsas hədəf dünyada baş verən iqlim dəyişikliklərinə, dünya ictimaiyyətinin diqqətini bunun mənfi nəticələrinə çəkməkdir.

Estoniyanın paytaxtı Tallin şəhərindən Portuqaliyayadək 4 min kilometrədək məsafəni piyada və qismən velosipedlə qət eliyən Azərbaycanlı səyyah Ağa Mehdiyev nə az nə çox 72 gün yollarda olub . Noyabrın 9-da başlayan səfər fevralın 8-də yekunlaşıb.

Soydaşımızn bu təşəbbüsü Avropa məktəbləri tərəfindən müsbət qiymətləndirilib və İsveçrədə məktəblərdən birində ekologiya üzrə təlim keçmək üçün dəvət alıb. Qeyd edək ki, Finlandiyada təhsil alan və indi alman şirkətlərindən birində çalışan Ağa Mehdiyev həm Bakıda həm də xaricdə fəaliyyət göstərir. Öz hesabına səyahətə çıxan həmyerlimiz yol boyu qarşılaşdıqları insanlarla söhbətlərində ölkəmizi də təbliğ etməyə çalışıb.

Soydaşımız deyir ki, insanlar ayda heç olmasa bir dəfə öz şəxsi avtomobillərindən istifadə etməməklə həm ətraf mühitə xeyir verərlər, həm də gündəlik ehtiyaclarını azaldaraq səyahət və təhsilə daha çox pul ayırarlar.

atv.az

Mənbə: www.atv.az