“Qış möcüzəsi” fotomarafonunun Masallı rayon turunun qalibi müəyyənləşib

“Qış möcüzəsi” fotomarafonunun Masallı rayon turunun qalibi müəyyənləşib

Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə mənzərə, memarlıq, portret, atributlar, mətbəx, yeni il nəfəsi mövzularında keçirilən "Qış möcüzəsi" fotomarafonunun Masallı rayon turu başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fotomarafonda rayonun 50-yə yaxın gənci istedad və bacarığını sınayıb.

Masallı şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Sadiq Manaflı mənzərə mövzusunda çəkdiyi fotoşəklə görə Gənclər və İdman Nazirliyinin diplom və hədiyyəsi ilə mükafatlandırılıb.

Masallı Rayon Gənclər və İdman İdarəsində mükafat Sadiq Manaflıya təqdim olunub.

Mənbə: azertag.az