ÜST nümayəndəsi koronavirusla bağlı Avropadakı vəziyyəti açıqladı

ÜST nümayəndəsi koronavirusla bağlı Avropadakı vəziyyəti açıqladı

“Dünyanın 33 ölkəsində COVID-19 koronavirusuna yoluxma ilə bağlı 80 980 hal qeydə alınıb”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, yeni növ koronavirus Avropanın 13 ölkəsində yayılıb.

“Yoluxma hallarının 96,5%-i Çində qeydə alınıb”, - ÜST nümayəndəsi bildirib.

Mənbə: report.az