Hollywood filmlərinin mənfi obrazları iPhone işlədə bilməzlər – AÇIQLAMA

Hollywood filmlərinin mənfi obrazları iPhone işlədə bilməzlər – AÇIQLAMA

Artıq siz mənfi qəhrəmanları daha tez tanıyacaqsınız...

“Knives Out” filminin rejissoru Rian Johnson müsahibə zamanı çox maraqlı fikir səsləndirib.

TED.az xəbər verir ki, o, müsahibəsində Apple-ın reklam şərtlərindən bəhs edib.

Onun sözlərinə görə, Hollywood filmlərinin mənfi obrazları iPhone işlədə bilməzlər: “Apple şirkətinin nümayəndələri filmdə reklam şərtlərini təqdim edərkən, öncə ssenarini oxuyur. Onlar süjetdə rol alan bütün mənfi obrazlara filmdə iPhone işlətməyi qadağan edir”.

Mənbə: ted.az