"Çukur"un Çağatayından Xocalı ilə bağlı PAYLAŞIM - FOTO

"Çukur"un Çağatayından Xocalı ilə bağlı PAYLAŞIM - FOTO

Bu gün Xocalı soyqırımından 28 ili tamam olur. Xocalı soyqırımı ilə bağlı azərbaycanlılarla yanaşı Türkiyənin bir çox məşhurları da paylaşımlar edib. Həmin paylaşımlardan biri aktyor Nejat İşlerə aiddir.

Sonxeber.az xəbər verir ki, aktyor paylaşımında Xocalıda baş verən dəhşətli anları təsvir edib.

Həmin paylaşımı təqdim edirik: "Hamı yatır. Elektrik enerjisi kəsiləcək və dünya ilə əlaqəmiz kəsiləcək. Məhəllənizin ətrafı tanklar və əsgərlərlə sarıldıqdan sonra qapılarınız təpiklə sındırılacaq. Əgər qapılarınız sınmasa, silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınız və uşaqlarınınızın qorxu dolu baxışları sizin üzərinizdə olan zaman cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız. Amma o zaman qapınız qırılacaq. Sizə atəş açıb ölməyinizi gözləmədən həyat yoldaşınızı silahın qundağı ilə vuracaqlar. Əgər dirənərsə, onu təpikləməyə davam edəcəklər. Siz ruhunuzu təslim edənə qədər övladlarınızı bıçaqla doğramağa başlayacaqlar. Ümid edirəm həyat yoldaşınız hamilə deyil. Amma hamilə olanlar da var. Hamilələrin qarnını bıçaqla yarıb, körpəni çıxarıb, evinizin taxta dirəklərinə süngərə çəkəcəklər. Evinizdə balaca uşaq varsa, onun gözlərinin qarşısında anasının döşünü kəsib ağzına verəcəklər. Daha sonra da o uşağı da öldürəcəklər. Dəhşətə gəldiniz eləmi? 1992-ci ilin fevralın 26-da Xocalıda bunlar yaşanırdı".

Aysel Yusifqızı

 

 

 

 

 

Mənbə: sonxeber.az