Rusiyada anbardan oğurluq edən azərbaycanlının məhkəməsi olacaq

Rusiyada anbardan oğurluq edən azərbaycanlının məhkəməsi olacaq

Rusiyanın Sankt-Peterburq şəhərinin Frunzenski rayonunda azərbaycanlının məhkəməsi olacaq.

Online47.ru bu barədə şəhər Prokurorluğunun mətbuat xidmətinə əsasən məlumat yayıb.

Xəbərdə bildirilir ki, “İntertorq” Ticarət Evinin anbardarı olan Azərbaycan vətəndaşı məhsul oğurluğunda ittiham olunur.

Məlum olub ki, o, anbar işçisindən nəinki boş qutuları, həm də meyvə dolu yeşikləri maşına yükləməsini istəyib.

Bundan sonra o, yük maşınının sürücüsü ilə yükü başqa anbara aparması barədə razılaşıb.

Mühafizəçi isə maşını yoxlamadan buraxıb.

Beləliklə, “İntertorq” Ticarət Evinin keçmiş anbar rəhbəri 1600 kq banan, 2300 kq naringi və 1200 kq xurmanı mənimsəyib. Dəyən zərərin miqdarı 500 min rubldan (13,000 AZN) çox qiymətləndirilib.

Faktla bağlı başlanılan cinayət işinin istintaqı yekunlaşıb.

İş baxılmaq üçün Frunzenski Rayon Məhkəməsinə göndərilib.

Mənbə: www.oxu.az