Ermənistan Hərbi Polisin keçmiş rəis müavini niyə özünü təqib olunmuş kimi təqdim etməyə çalışır?

Ermənistan Hərbi Polisin keçmiş rəis müavini niyə özünü təqib olunmuş kimi təqdim etməyə çalışır?

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəis müavini, polkovnik Aşot Vanyan uzun müddətdir Nikol Paşinyanın əhatəsində nüfuza malik olan insanların yanında isti künc tapmağa çalışır. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vanyan cəmiyyət arasında daha çox “Kku” ləqəbi ilə tanınıb.
O, əvəllər polis sitemində işləyib, digər bölmələrdə işləyənə qədər orada qısa müddət insanlara məlum olan “mələklər qrupu”na rəhbərlik edib, bundan sonra Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəis müavini işləyib, bir müddət sonra bu vəzifədən də azad olunub, daha sonra Davit Sanasaryanın rəhbərlik etdiyi Ermənistan Dövlət Nəzarəti Xidmətində işləyib, amma orada da uzun müddət qala bilməyib.

Vigen Sarkisyan Müdafiə naziri olanda A. Vanyan tez-tez V. Sarkisyanın adını insanlar arasında yerli-yersiz manipulyasiya edib və bu məlumat Müdafiə nazirinə çatıb.

Hazırda A. Vanyan özünü keçmiş səlahiyyətlilər tərəfindən nə zamansa təqib olunmuş kimi təqdim edərək hakim partiyanın nüfuzlu nümayəndələri yanında isti künc tapmağa çalışır.
 

 

Mənbə: ordu.az