Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar

Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar

“Xocalıda yaşanan insanlıq faciəsi, qətliamın dərdini hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaş və bacılarımızın acılarını bölüşürük. Xocalı qətliamı insanlıq tarixinə yazılan bir ləkədir. Bütün bəşəriyyət bundan dərs çıxarmalıdır. Yaşanan qətliam insanların yaddaşına ağır formada həkk olunub”.

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Belçika parlamentinin millət vəkili Şevket Temiz bildirib.

“Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bir milyon azərbaycanlı qardaş və bacılarımız öz dədə-baba yurdundan didərgin salınıb. Hər zaman olduğu kimi bundan sonra da qardaşlarımızın haqlı mübarizəsində onların yanındayam. Xocalı qətliamında həyatlarını itirən azərbaycanlı qardaş və bacılarımıza Allahdan rəhmət, kədərli ailələrə, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Şəhidlərimizə Allah rəhmət eləsin”,-deyə millət vəkili qeyd edib.

Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim isə Xocalı soyqırımını unutmayacaqlarını bəyan edib.

“Acınız acımızdır. Xocalı soyqırımı insanlıq tarixi üçün bir qara ləkədir. Xocalıda müdafiəsiz 600-dən çox insan qətlə yetirildi. Heç bir zaman Xocalı soyqırımını unutmayacağıq”.

Mənbə: olke.az