Rumıniyada koronavirus panikası mağazalarda ərzağın sürətlə satışı ilə nəticələnib

Rumıniyada koronavirus panikası mağazalarda ərzağın sürətlə satışı ilə nəticələnib

Rumıniyada koronavirus xəstəliyinin ölkə boyu yayılmasından ehtiyat edən əhali mağazalardan ərzaq məhsullarını sürətlə alır. Vətəndaşlar Rumıniyada yoluxan bir nəfərin olduğunu bildirir, xəstəliyin fəsadlarından ehtiyatlandıqlarını deyirlər. Mağazalarda, marketlərdə, bazarlarda uzun növbələr yaranıb. Hökumətin heç bir təhlükənin olmaması barədə çağırışı da vətəndaşları sakitləşdirə bilməyib.

Mənbə: azertag.az