İşıqforda tələsdi, qəzaya düşdü-VİDEO

İşıqforda tələsdi, qəzaya düşdü-VİDEO

Hər gün küçə və prospektlərdə qarşılaşdığımız məqamlardan biri arxadan bir-birini siqnal səsi ilə tələsdirən sürücülərlə bağlıdır.

Belə hallardan biri bu gün Azadliq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yaşanıb. İşə, evə, ümumiyyətlə getdikləri ünvana bir-birini tələsdirən sürücülər bu dəfə qəzaya səbəb olublar. "VAZ 2107" markalı avtomobil yaşıl işıq yanarkən tələsərək yolu keçməyə çalışıb. Bu zaman digər yoldan gələn avtomobillə toqquşub. Maraqlıdır ki, toqquşduğu avtomobil də "VAZ 2107" markalı avtomobil olub.

Sosial şəbəklərdə yayılan sözügedən videoya çoxlu şərhlər yazılıb. Onlardan biri məhz belə halların yaşanmasına səbəb kimi quraşdırılan işıqforların saniyə fərqini göstərib.

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az