İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada yeni koronavirusa təsdiqlənmiş ilk yoluxma halı məlum olub.

“Report” xəbər verir ki, Valensiya muxtariyyatı hökumətinin “Twitter” səhifəsində bildirilib.

Həmçinin bölgə səhiyyə departamentindən bunun bölgə ərazisində ikinci hal olduğu göstərilir.

Beləliklə, ölkə ərazisində təsdiqlənmiş yoluxma halları 14-ə çatıb. Bunlardan 4-ü Kanari adalarında aşkarlanıb. Yoluxanlardan 2 nəfər sağalıb.

Mənbə: report.az