Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Gürcüstan hökumətinin sərhəd keçid məntəqələrində Azərbaycandan gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar düzgün deyil və həqiqəti əks etdirmir.

Bu məlumatı AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov verib.

Diplomat deyib ki, Azərbaycan ilə Gürcüstan arasında hava və quru sərhəd keçid məntəqələri öz qaydasında, gündəlik iş rejimində və qanuna uyğun fəaliyyət göstərir.

Azərbaycan vətəndaşlarına Gürcüstanda sərhədində heç bir məhdudiyyət tətbiq edilmir.

Məhdudiyyət yalnız, son iki həftə ərazində İran İslam Respublikası ərazisində səfərdə olmuş bütün şəxslərə tətbiq olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az