“Karantində olanlar xaricdən qayıdan vətəndaşlardır”

“Karantində olanlar xaricdən qayıdan vətəndaşlardır”

“Bu günə qədər Cəlilabad rayon Mərkəzi Xəstəxanasına İrandan daxil olan vətəndaşlar xəstəxanada nəzarət götürülür. Lakin onların heç birində bu günə kimi koronavirus halı aşkar olunmayıb”

“Qafqazinfo” xəbər verir ki, bunu Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru İlham Əliyev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, daxil olan xəstələr xəstəxanada müayinə olunur: “Karantin müddətini başa çatdırmaq üçün burada qeydiyyatdadırlar: “Artıq 4 gündür ki, karantində olan vətəndaşlardan bir neçəsi buraxılıb. Bunlar Azərbaycan üzərindən xaricə gedən vətəndaşlardır. Onların içərisində Yaponiya, Tailand, Qırğızıstan, Rusiya və. s ölkələrə gedən vətəndaşlar var. Bir neçə müddət qaldıqdan sonra şübhə olmadığına görə buraxılıblar.
Mərkəzə müraciət edənlərin əksəriyyəti azərbaycanlılardır. Bura daxil olan 60 faizi İranda oxuyan tələbələrimizdir. Digər qismi isə İrana turist və ya başqa məqsədlə gedən vətəndaşlarımızdır”.

O bildirib ki, bu gün 18 nəfər xəstəxanaya müraciət edib.

Mənbə: qafqazinfo.az