Virusun özündən daha təhlükəli olan qorxu hissi

Virusun özündən daha təhlükəli olan qorxu hissi

Ekspert deyir ki, koronavirusla bağlısosial şəbəkələrdə yayılan şayiələrəinanmaq olmaz, məlumatı rəsmi mənbələrdən məlumat əldə etmək lazımdır
Bugünlərdə bütün dünyanı təşvişə salan koronavirus 40-a yaxın ölkədə yayılıb. Azərbaycandaisə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb. Bu barədəSəhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 7-si KlinikiTibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi RayonXəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb. Hazırda İranın 19 vilayətinəbu virus yayılıb. 19 nəfər həlak olub, 139 nəfər yoluxub və 1300-dən çox şəxsvirus şübhəlisidir. Ümumilikdə isə yeni növ COVID-19 koronavirusunayoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isəsağalıb.
Təbiiki, virusun sürətlə yayıldığı bu dövrdə bütün ölkələr sərhəd-keçidməntəqələrində nəzarəti gücləndirir. Ötən gün Gürcüstanda koronavirusa ilkyoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənəqayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabitqiymətləndirilir. Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsiniəks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəkiyoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib,səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib. DövlətSərhəd Xidmətindən verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədindəsərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əksetdirmir. Məlumatda bildirilir ki, hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb:"Hələ ki, bu məsələ ilə bağlı hər hansı bir qərar yoxdur. Əgər belə bir qərarolarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

BNA dezinfeksiya işləri aparır

Bakı Nəqliyyat Agentliyinin mətbuatxidmətinin rəhbəri Mais Ağayev deyib ki,göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmişGürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd,tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir. O bildirib ki,kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcıtədbirlərə hələ havalar soyumağa başlayanda start verilib: "Oktyabr-noyabraylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindədezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarına olur.Burda da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləməzalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqladezinfeksiya edilir. Avtobuslara gəlincə, bildirim ki, Nazirlər Kabinetininmüvafiq qərarına əsasən gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalatbazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydanbir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyəqurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda həm də Koroğlu NəqliyyatMübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər”.

Turizmə mənfi təsiri olacaq
Təbiiki, bütün bunlar ölkələrin iqtisadiyyatına və turizminə ağır zərbə vurur. Bumənada Azərbaycan da proseslərdən kənarda qalmır. Dövlət Turizm Agentliyininmətbuat katibi Kənan Quluzadə deyib ki, koronavirusun Azərbaycan turizminəmənfi təsiri olacaq. Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalmasıprosesi gedir. İnsanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirusolduqda, həmin bölgəyə getməkdən çəkinirlər: "Bu vəziyyət Azərbaycana da təsiredəcək. Durum gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundanəvvəl isə İran, İtaliya və digər ölkələrdə də aşkar edilib”. K.Quluzadəqeyd edib ki, ölkələr artıq sərhədlərini bağlayırlar. Buna görə də virusunturizmə təsirini rəqəmlərlə demək tezdir: "Lakin bizim krizislə bağlıssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Builin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyatakeçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cüillər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasınıgenişləndirək, hər hansı bazarda problem yarandıqda, digərləri ilə işləyək.Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağınıhadisələrin gedişatından və verilən qərarlardan görəcəyik. Turizm şirkətlərinəkoronavirus yayılan ölkələrə gedənləri, həm də ordan gələnləri təlimatlandırmaqtapşırılıb”.
Bununlabelə Azərbaycanda Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir. Bayramlaəlaqədar şənliklərin, tədbirlərin keçirilməsi hələ qüvvədədir. Kənan Quluzadədeyib ki, ötən ilin sonunda Azərbaycana gələn xarici vətəndaşların sayında 10faizlik artımın olacağı proqnozlaşdırılırdı. Lakin bu il nəzərdə tutulan artımınmümkün olacağı gözlənilmir: "Ötən il Azərbaycan turizmi mənfi tendensiya iləbaşlasa da, bu il müsbət tendensiya müşahidə edilir. Buna görə də indikoronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. KoronavirusAzərbaycanın sərhədlərinə yeni gəlib. Yanvarda koronavirus Çində var idi, lakinbu, bir o qədər də qlobal səviyyədə deyildi. Yanvar ayında Azərbaycana gələnturistlərin sayında 18 faiz artım var idi: "Fevralda da rəqəmlər müsbətolacaq, çünki bazar bir o qədər də bu virusa reaksiya verməyib. Digər tərəfdən,fevralın iki dekadasında ölkəmizdə İranda virusun yayılma təşvişi dəyaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bununla bağlı dünyada vəziyyətdəyişdi. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı,rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Ümid edirik ki, illik rəqəmlərimiz mənfiolmayacaq. Amma bu, hadisələrin gedişatından asılıdır”.
"İdmançılarımızı qorumalıyıq” Gənclər və İdman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycan idmançılarınınxarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədəməlumatlara aydınlıq gətirib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki,hazırda koronavirusa görə hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyətqoymamışıq: "Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərarqəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraqİtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıqki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyinizkimi, 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyətondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”. AQTA zəruritövsiyələr verdi Azərbaycan Qida TəhlükəsizliyiAgentliyi (AQTA) yoluxucuxəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruritövsiyələr verib: "İlk yoluxan insanlara, xəstəliyin birbaşa heyvan mənşəliqidalardan keçdiyi müəyyən olunub. Xəstəliyi törədən virusun heyvan mənşəliməhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq, vətəndaşların qidaməhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək,yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyitələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərəqarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir.İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var.Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sinkdaxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə -tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini:sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk,brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda,D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir,yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan,zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları,ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəklimeyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd,toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqdamövcuddur. Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlikqidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıraamillərdən qaçmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həminamillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə,xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, azhərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır”.
Psixoterapevt Əli Nağıyev deyir ki, koronavirusla bağlı çox qorxuluməlumatlar yayılır. İnsanlar arasında yayılan bu qorxu virusun özündən dahatəhlükəlidir: "Koronavirus adi qrip viruslarından biridir və ağciyəri zədələməehtimalı var. Bu da hər xəstədə olmur. Qeyd edim ki, indiyə kimi koronavirusdanölənlərin sayı qripdən ölənlərin sayından çox deyil. Ona görə də təşvişə düşübpsixoloji gərginlik yaratmaq lazım deyil. Bu virusdan ölənlər əsasən yaşlı vəahıl insanlardır. İmmun sistemi güclü olan şəxslər bu virusdan ölmür. Dünyada80 minə yaxın insan bu xəstəliyə yoluxubsa, təqribən 2 min insan dünyasınıdəyişib. Bu, heç də böyük faiz deyil. Təbİi ki, lazımi karantin tədbirlərigörülməlidir. Amma sosial şəbəkələrdə yayılan şayiələrə inanmaq olmaz. Rəsmi mənbələrdən məlumat əldə etməklazımdır. Bütün qorxular bilgisizlikdən irəli gəlir. Bəzi saytlar da butəşvişin artmasına kömək edir. İnsanların qorxularından gəlir əldə etmək olmaz.Bu məqamlara diqqət etmək lazımdır. Çalışıb özümüzü müsbətə kökləməliyik. Nəinkikoronavirusdan, ümumiyyətlə, özümüzü bütün qrip viruslarından qorumalıyıq”.
Şəbnəm

 

Mənbə: kaspi.az