ÜST: Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir

ÜST: Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir

Yeni koronavirus epidemiyasının pandemiya səviyyəsinə qalxması ehtimalı hələ də davam edir.

“Report” xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, bu ehtimala qarşı hazırlıq görmək üçün bütün ölkələrə müvafiq alətlər təqdim etdiklərini qeyd edib.

Təşkilat rəhbəri həmçinin 57 ölkəyə analizlər üçün ləvazimat, 85 ölkəyə də fərdi qoruma vasitələri göndərdiklərini, müvafiq kurslarda 80 mindən artıq tibb işçisi hazırladıqlarını diqqətə çatdırıb.

Mənbə: report.az