Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib

Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib

Bakı, 27 fevral, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Rusiya Milli Kitabxanasında qorunan, Azərbaycanın ilk rusdilli nəşri “Bakinskiy listok” qəzetinin 1871-1872-ci illərə aid bütün nömrələrinin (16-cı nömrə istisna olmaqla) elektron versiyasını əldə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, maraqlananlar elektron versiya ilə elmi müəssisənin kitabxanasında tanış ola bilərlər.

Mənbə: azertag.az