Almaniyalı professor: koronavirusa yoluxanların ölüm riski aşağı səviyyədədir

Almaniyalı professor: koronavirusa yoluxanların ölüm riski aşağı səviyyədədir

Koronavirusa yoluxmuş xəstələrin həyatını itirmə riski orta hesabla 0,3 faiz təşkil edir.

Bu haqda məlumatı AZƏRTAC Almaniyanın spiegel.de saytına istinadla xəbər verir. Belə ki, Berlinin (Klinikum Emil von Behring Helios, Lungenklinik Heckeshorn) xəstəxanasının ağciyər xəstəlikləri bölməsinin baş həkimi, professor Torsten Bauer Almaniyanın Spiegel.de saytının canlı yayımında koronavirusla bağlı sualları cavablandırarkən koronavirusa yoluxanların ölüm riskinin çox aşağı səviyyədə olduğunu deyib. Professor bildirib ki, əlimizdə olan statistik göstəricilər bunu deməyə əsas verir, ancaq virusun yayılma riski ilə bağlı hər hansı proqnozu vermək mümkün deyil.

Uşaqlar və hamilə qadınların virusa yoluxma riski ilə bağlı sualı cavablandıran professor Bauer bildirib ki, onlar xüsusi qeyd ediləcək risk qrupuna aid edilmirlər. Belə ki, bu günə qədər virusun təsiri altında dünyasını dəyişmiş insanların əksəriyyəti altmış yaşından yuxarı olanlardır.

Mənbə: azertag.az