Komitədən turzm şirkətlərinə müraciət - Müqəddəs yerlərə ziyarətin təxirə salınması tövsiyə olunur

Komitədən turzm şirkətlərinə müraciət - Müqəddəs yerlərə ziyarətin təxirə salınması tövsiyə olunur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib.

İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə koronavirus təhlükəsini nəzərə almaq tövsiyə olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinin müvəqqəti olaraq təxirə salınmasını vacib sayır.

Uzun müddətdir ki, müqəddəs dini yerlərə ziyarətçi aparan tuzrim şirkətlərindən isə bildirildi ki, koronovirus təhlükəsi ilə bağlı müraciətlər azalıb.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətini müvəqqəti olaraq dayandırıb. Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına gəlincə, Qafqaz Müsəlmanları İdarəsindən bildirildi ki, Səudiyyə Ərəbistanındakı şirkətlərdən bununla bağlı Azərbaycana müraciət daxil olmayıb, odur ki, bu məsələ hələlik gündəmdə deyil.

İdmançılarımızın xarici ölkələrdə yarışlarda iştiraklarına gəlincə..

Turizm agentliyi də virusun yayılma arealı böyüdüyü təqdirdə müxtıliff ssenarilər üzrə hərəkət etməyi planlaşdırır.

Kənan Quluzadə əlavə edir ki, ilin birinci yarısı üçün Çinlə planlaşdırılan layihələr virus təhlükəsi ilə əlaqdar digər bazarlara yönəldiləcək.

Mənbə: www.atv.az