"Türk əskərləri Rusiya ordusunun xain hücumu nəticəsində həlak olublar" — Arif Hacılıdan BAŞSAĞLIĞI

"Türk əskərləri Rusiya ordusunun xain hücumu nəticəsində həlak olublar"     — Arif Hacılıdan BAŞSAĞLIĞI

Müsavat Partiyasının başqanı Arif Hacılı İdlibdə terrorçulara qarşı hərbi əməliyyatlar zamanı şəhid olan 33 türk hərbiçisi ilə bağlı Türkiyə xalqına və dövlətinə başsağlığı verib.
Demokrat.az Arif Hacılının başsağlığı müraciətini təqdim edir:
"İdlibdə dinc əhalini qətliamdan qoruyan, Türkiyə sərhədlərində qanunsuz silahlı dəstələrin, düşmən ordularının toplanmasına qarşı vuruşan türk əskərlərinin Rusiya ordusunun xaincəsinə hava hücumu nəticəsində həlak olması xəbərindən sarsıldıq.
Allah şəhidlərimizə rəhmət eləsin!".
 

Mənbə: demokrat.az