“Bu ölkədə xəbər etmədən qonaq getməyin ki...” - Soydaş

“Bu ölkədə xəbər etmədən qonaq getməyin ki...” - Soydaş

Tural Kişizadə: "Bura gələrkən ən böyükgözləntim seçdiyim ixtisas üzrə yüksək səviyyədə tədris idi və ümidim tamdoğruldu” Düşünürki, xaricdə təhsil mütləq deyil, insan evdə oturarkən belə, internetdən müəyyəninformasiyalar əldə edərək özünü inkişaf etdirə bilər. Özü, sadəcə komfortzonadan çıxmaq, təcrübə qazanmaq və ətrafını genişləndirmək üçün xaricdə təhsilalmağa qərar verdiyini deyir. "Xaricdə Təhsil” rubrikamızda bu dəfə İtaliyada təhsil alan TuralKişizadə ilə həmsöhbət olduq.
TuralKişizadə 1998-ci ildə Biləsuvar rayonunda hərbiçi ailəsində anadan olub. 3yaşından ailəsi ilə birlikdə Bakıya köçüb. 63 saylı orta məktəbi bitirdikdənsonra 2015-ci ildə 553 balla AzərbaycanDövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyifakültəsinə qəbul olub. Oxuduğu ixtisas tam ürəyincə olmasa da, ona kifayət qədərtəcrübə qazandırıb. Bakalavr təhsili müddətində, sadəcə universitet təhsili iləkifayətlənməyib, özünü inkişaf etdirmək üçün çalışıb, müxtəlif şirkətlərdə işləyərəkkommunikasiya bacarıqlarını genişləndirib. Bir müddət elektrik mühəndisi və bələdçikimi çalışıb. Universitetin son illərindən xaricdə təhsil almaq fikrinə düşüb.Hazırda İtaliyada Politecnico di Torino Universitetində enerji və nüvə mühəndisliyiüzrə magistr təhsili alır. - İlk olaraq bizə universitet, ixtisasseçiminizdən danışardınız. İtaliyada təhsil almaq hüququ qazanmağınız necəoldu?-Magistr təhsili üçün bir neçə ölkəyə müraciət etmişdim. Bunlar arasındaEstoniyadan 2 və İtaliyadan 3 universitet vardı. Demək olar ki, bunlarınhamısından qəbul aldım. Hazırda oxuduğum universitet bütün göstəricilərinə görədünyada mühəndislik üzrə ilk "otuzluğ”a daxil olub. Seçim zamanı bu universitetibitirən azərbaycanlılarla da məsləhətləşdim. Burada oxumaq üçün seçdiyimixtisas enerji və nüvə mühəndisliyidir. Bu, gələcəyin ixtisasıdır, insan daimaxtarışda olmağa məcbur edir. Ölkəmizdə də bu sahə yeni inkişaf etməyəbaşlayır. Digər sahələrlə müqayisədə ölkəmizdə çox az enerji mühəndisləri var.Qəbul olarkən heç bir imtahandan keçməmişəm. Sadəcə dil bilgisini təsdiq edən"İelts” sertifikatı və bəzi sənədlər tələb olunurdu.
- Sizcə, hər bir gəncin inkişafı üçünxaricdə təhsil şərtdirmi?-Məncə, yox. Çünki özünü inkişaf etdirmək istəyən hər kəs yerindən və zamanındanasılı olmayaraq bunu edə bilər. Yəni xaricdə oxumadan, hətta evdə oturarkən də bacarar.Ona görə ki, internet əsrində yaşayırıq. Heç kimin informasiya əldə etməkbaxımından bir əngəli yoxdur. - O zaman belə bir sual yaranır ki, bəs,siz niyə xaricə üz tutubsunuz?-(Gülür) Ölkəmizdə komfort zonada idim və bundan çıxmağa qorxurdum. Həminkomfort zonadan çıxmaq mənə böyük baryer kimi gəlirdi. Sırf bunu aşmaq, dahaçox təcrübə qazanmaq, ətrafımı genişləndirmək üçün xaricdə təhsil almaq istədim.Yəni bu, mənim seçimim idi, amma xaricdə təhsil mütləq şərtdir deyə bilmərəm. - İki ölkənin təhsilinə bələd olan birikimi, hansı fərqləri müşahidə etdiniz?- Fərqlərçoxdur, olmağı da normaldır. Çünki İtaliya Avropanın inkişaf etmiş ölkələrindənbiridir və bu, onların təhsil sisteminə də sirayət edib. Məsələn, universitetəsənəd vermək sərbəstdir. Burada heç bir valideyn övladını "mütləq ali təhsilalmalısan” deyib oxumağa məcbur etmir. Məncə, ölkəmizdəki valideynlər də bumövzuda bir az araşdırma etməlidirlər. Burada olarkən bir peşə məktəbinə qonaqolduq. Aşpazlığı tədris edən peşə məktəbində 12-13 yaş aralığında olan şagirdlərinartıq 3 dildə başa düşməyi, bundan başqa, buna bənzər digər peşə sahələrində hərtərəflikadrların yetişdirilməsi bizi müsbət mənada təəccübləndirdi. Çünki onlarla söhbətimizzamanı kifayət qədər bilikli və savadlı olduqlarını gördük. Bu cür təhsilsisteminin, peşə təhsilinin bu səviyyədə inkişafının ölkəmiz üçün də vacibnüanslardan olduğunu düşünürəm.
- Maraqlıdır, İtaliyada gənclərin təhsiləyanaşması necədir?-Burada 200-300 nəfərə yaxın qrup yoldaşım var. Onların əksəriyyəti ilə həmsöhbətolmuşam. Maraqlıdır ki, onlar imtahandan keçmək, yüksək bal toplamaq dərdindədeyillər, bunun üçün heç çalışmırlar da. Onlar arasında bakalavrı bitirməyibmagistraturada oxuyanlar var. Buradakı tələblər üçün əsas qiymət göstəricideyil, biliyin hansı səviyyədə olmağıdır. -İtaliyaya gedərkən gözləntilərinizləgördükləriniz üst üstə düşdümü, ya fərqli nə iləsə qarşılaşdınız?-Bura gələrkən ən böyük gözləntim seçdiyim ixtisas üzrə yüksək səviyyədə tədrisidi və ümidim tam doğruldu. Sadəcə bura gələrkən ingilis dilinin elə də önəmliolmadığını bilmirdim. Yəni şirkətlərin bir çoxunda işçilərin əksəriyyətiingiliscə bilmir. Hansı ki, həmin işlər ingilis dili biliyi tələb edir. Bizburada olan azərbaycanlı tələbələrlə hansısa quruma yaxınlaşanda ya işçiləringiliscə bilmirdilər, ya da qəsdən bizi italyanca danışmağa məcbur edirdilər.Şəxsən belə bir situasiya ilə qarşılaşacağımı bilmirdim. - Maraqlıdır, İtaliyada Azərbaycanamünasibət necədir?-Deməzdim ki, burada ölkəmizi tanıyan çox insan var. Azərbaycan haqqında məlumatıolanlar isə daha çox, keçirilən beynəlxalq yarışların adını çəkərək ölkəmiz barədədanışır.
- Bəs siz ölkəmizin tanıdılması üçün nəisə edirsiniz?-Mən və burada oxuyan digər azərbaycanlı tələbələr ölkəmiz haqqında xarici vətəndaşlarıməlumatlandırmağa çalışırıq. Bir sıra peşə və orta məktəblərdə ölkəmiz haqqındaməlumatverici təqdimatlar təşkil edirik. Verdiyimiz informasiyaların əsas məğziisə bizim adət-ənənələrimiz, tariximiz, təbii ehtiyatlarımız haqqındadır. - Bu il İtaliyada "Azərbaycan ili” elanedilib. Sizcə, bunun bizim ölkəmiz üçün hansı faydaları olacaq?-Bu, həqiqətən də çox sevindirici xəbər oldu. Belə bir addımın atılması iki ölkəarasında istər iqtisadi, istər sosial-mədəni əlaqələrin genişlənməsinə müsbət təsiredəcək. Ən əsası tələbələr üçün çox yaxşı oldu. Çünki Azərbaycanda oxuyan tələbələrinbir çoxu xarici şirkətlərdə işləmək üçün başqa ölkələrə üz tuturlar. Ammaİtaliya müəssisələrinin ölkəmizə cəlb edilməsi ilə tələbələr artıq xaricə getmədəndə bu şirkətlərdə işləyə biləcəklər. - Bir az italyanlardandanışardınız. Hansı fərqli adət-ənənələri var, başqa ölkədən olan qonaqlaramünasibətləri necədir?-Bura gələndə insanları haqqında müxtəlif deyimlər eşidirdim. Amma məncə,İtaliya da daxil olmaqla, ölkələri insanların xarakterinə görə bölmək olmaz. Hərhansı bir millətin nümayəndəsinə münasibətiniz necə olsa, onlar da sizə qarşı eynidavranışı sərgiləyəcək. Müşahidələrimə əsasən deyə bilərəm ki, italyanlar deyib-gülməyisevən, ünsiyyətə meyillidirlər. Hər sahədə keyfiyyətə böyük üstünlük verirlər. Buradaxəbərsiz qonaq getmək adəti yoxdur. Əgər qonaq gedəcəklərsə, əvvəlcədən zəngvurub bildirirlər. Xəbər etmədən gedəndə ev sahibi qapını açmaya bilər. Xaricivətəndaşlara qarşı ayrı-seçkilik yoxdur, amma son dönəmlər yaranan koronavirusagörə çinlilərə qarşı fərqli münasibət var (gülür).
- İtalyan mətbəxinin zənginolduğu deyilir. Siz hansı yeməkləri xoşlayırsınız? - Vaxtımınböyük hissəsini universitetdə keçirdiyimə görə, orada verilən italyan yeməklərindənyeyirəm. Əlbəttə ki, italyan mətbəxindən söz aşıb pizza və spagettidəndanışmasaq olmaz. Ən sevdiyim yeməklər bunlardır, amma bacardığım qədər az yeməyəçalışıram. Daha çox evdə özüm hazırladıqlarımı yeyirəm. - Bəs, öz mətbəximizdənhansı təam üçün darıxıbsınız?- Heçbiri üçün darıxmamışam. Çünki dediyim kimi, ərzaq alıb yemək bişirirəm. Tələbəhəyatı elədir ki, insana yemək hazırlamağı öyrədir. Bura gələndən bir çox yeməklərimizihazırlamağı öyrənmişəm. Həmçinin məndən başqa da azərbaycanlı tələbələr var ki,onlar da öz mətbəximizə aid yeməkləri bişirib universitetə gətirirlər vəbirlikdə yeyirik. - Maraqlıdır, xərclərinizinecə qarşılayırsınız? -Burada regional bir təqaüd proqramı var, onun vasitəsilə təqaüd alıram. Həmçininailəm də dəstək olur. Digər tərəfdən, bura gələndə bilirdim ki, pula ehtiyacımolacaq, ona görə işləyib bir miqdar pul yığmışdım. Təəssüf ki, kirayə evlərbahadır. Ən çox pulum ora xərclənir. Aylıq təxmini 400-500 avro arası xərcimçıxır. Günel Azadə

Mənbə: kaspi.az