Nazir gənclərlə görüşdü - Lənkəranda aqrar sahədə mütəxəssisə ehtiyac artır

Nazir gənclərlə görüşdü - Lənkəranda aqrar sahədə mütəxəssisə ehtiyac artır

Lənkəranda Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində təşkil olunan qış məktəbində görüş olub. 23 rayondan 46 gəncin bir araya gəldiyi görüşdə Kənd təsərrüfatı naziri İnam Kərimov və digər dövlər queumlarının nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd gənclərin aqrar sahəyə marağını artırmaqdır. Nazir İnam Kərimov bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Məhz bu layihə gənclərin aqrar sahəyə marağının artmasına və öz arzusuna çatması üçün bir vasitədir.

Tədbirdə “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” layihəsinin təqdimatı olub.

Mənbə: www.atv.az