Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb – Nazirlikdən REAKSİYA

Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb – Nazirlikdən REAKSİYA

Koronavirus səbəbindən Azərbaycanın orta məktəblərində davamiyyətin aşağı düşdüyü söylənilir.

Hətta Astara, Biləsuvar, Lerik, Cəlilabad və Yardımlı məktəblərinin təhsil şöbələrindən əldə etdiyimiz məlumata görə, cənub bölgəsində yerləşən orta məktəblərdə davamiyyət koronavirus səbəbindən aşağı düşüb. Şagirdlər məktəbə getmir.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında dərsə getməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib:

“Daha yaxşı olar ki, valideynlər hər hansı narahatlıq hiss etsələr, uşaqları ev şəraitində və ambulator müayinə altında saxlasınlar. Hesab edirik ki, bu, məqsədəuyğundur”.

Mənbə: www.dia.az