Koronavirus Azərbaycanda: Bu yolla qorunun – Həkim

Koronavirus Azərbaycanda: Bu yolla qorunun – Həkim

Koronavirus quru yerdə inkişaf edir. Bu səbəbdən tez-tez su, isti çay içmək məsləhətdir ki, ağız boşluğu, boğaz quru qalmasın.

Axar.az xəbər verir ki, bunu ənənəvi və qeyri-ənənəvi (təbii) üsullarla müalicə həkimi Seyfəddin Əsəd koronavirusdan qorunmağın yolları haqda danışarkən deyib.

Həkimin sözlərinə görə, gün ərzində bal qəbul edənlər, arı sancdıranlar, çiçək tozu qəbul edənlər, soğan və sarımsaq yeyənlər, zəncəfildən çox istifadə edənlərin bu kimi viruslara yoluxma ehtimalı az olur:

“Bu kimi qidalar immuniteti qaldırır və insan orqanizmini xəstəlik, virus, epidemiyaya qarşı gücləndirir. Qeyd edim ki, indi də koronavirusun qeydə alındığı və yayıldığı Çinin Uhan şəhərində işləyən həkimlərin adından maraqlı məsləhətlər yayılıb. Çinli həkimlərin sözlərinə görə, soyuqdəymə zamanı burun axması və bəlğəm varsa, koronavirus infeksiyasının daşıyıcısı ola bilməzsiniz. Çünki koronavirus pnevmaniyadır və soyuqdəymədən yaranan quru öskürəkdir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Mənbə: axar.az