Rusiyaya bahar erkən gələcək

Rusiyaya bahar erkən gələcək

Rusiyanın Avropa hissəsinə bahar erkən gələcək. “Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Aleksandr Sinenkov bildirib ki, həmişə mart ayında Rusiyanın Avropa hissəsində 3-5 dərəcə şaxta olurdu. İndi isə martın ilk həftəsində 7-9 dərəcə isti gözlənilir. Bu heç də təəccüblü deyil.

Bu il qış Rusiyada çox mülayim keçib. Qar az yağıb.

RİA “ Novosti”nin məlumatına görə, sinoptiklər bildiriblər ki, Rusiyanın Avropa hissəsinə bahar martın 27-də, Sibirə isə aprel ayında gələcək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com