Bir sutkada 6 ölkədə koronavirus aşkarlandı

Bir sutkada 6 ölkədə koronavirus aşkarlandı

Çin koronavirusu sürətlə bütün dünyaya yayılmaqdadır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Çində virusa yoluxanların sayı 78,8 min nəfəri keçib.

Cənubi Koreyada bu göstərici 2,3, İranda 338-ə çatıb. İtaliyada 650 nəfərin ölümcül virusa yoluxduğu bildirilir.

Daha bir məlumata görə, son sutka ərzində koronavirusa yoluxma faktı Niderland, Nigeriya, Litva, Belarus, Yeni Zelandiya və Azərbaycanda da qeydə alınıb.

Mənbə: lent.az