Azərbaycan nümayəndələri Beynəlxalq Əmək Forumunda iştirak ediblər

Azərbaycan nümayəndələri Beynəlxalq Əmək Forumunda iştirak ediblər

Sankt-Peterburq, 28 fevral, AZƏRTAC

Sankt-Peterburqda Beynəlxalq Əmək Yarmarkası keçirilib

AZƏRTAC xəbər verir ki, Azərbaycanı forumda ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi Füzuli Hümbətov təmsil ediblər.

“Ekspoforum” Konqres-Sərgi Mərkəzində və Tavriya Sarayında fevralın 27-28-də keçirilən forumun əsas mövzusu iqtisadi artımın əsas faktoru kimi insan kapitalını inkişaf etdirmək olub.

Forum RF Əmək və Sosial Müdafiə Nazirliyinin dəstəyi, Sankt-Peterburq hökumətinin və Sankt-Peterburq Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Mənbə: azertag.az